Fors Media – Göstər özünü

Leyli və Məcnun

İfa edirlər: Məcnun – Hüseynqulu Sarabski Leyli – Əbdürrəhim Fərəcov İbn Səlam – Ceyhun Hacıbəyli Məcnunun anası – Mirmahmud Kazımovski Məсnunun atası – Mirzə Muxtar Leylinin atası – İ. Qasımov Leylinin anası – С. Vəzirov “13 yaşımda olarkən Şuşada qəribə bir tamaşa gördüm. Tamaşanın adı belə idi: Məcnun Leylinin məzarı üstdə. O səhnəcik məni elə həyəcanlandırdı ki, 8 ildən sonra Bakıya gəlib, qərara aldım ki, gərək opera yazım”. 1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25-də) dahi Üzeyir Hacıbəyovun şərq və müsəlman aləmində ilk opera əsəri olan “Leyli və Məcnun” tamaşası Hacı Zeynalabdin Tağıyev teatrında səhnəyə qoyulur. Məcnun rolunda Hüseynqulu Sarabski — Salam. — Əleykəssalam. — Hüseynqulu Sarabski sizsiniz? — Hə. — Dünən axşam sizi “Əl-Mənsur” tamaşasında gördüm. Yaxşı oxuyurdunuz. — Həə. Gündüz də ki, görürsünüz də nəylə məşğulam. Neyləyəsən? Bizim zəmanədə müsalman artistlərinin günü-güzaranı budur. Bir yerdən qazancın olmasa, dolana bilmərsən. — Heç tanış da olmadıq. Üzeyir Hacıbəyov. Jurnalist. —...

Interview with Klara Debeljak

Tell us about yourself. My name is Klara Debeljak. I have been living in Prague for 4 years where I am trying to finish bachelor program in Liberal Arts and Humanities. My main passion though is visual arts. In the last five years, I have been dealing a lot with graffiti and street art, which is what I am most interested in. In the future, I would like to work as an animator and muralist so to put that in motion I am currently making a portfolio and applying for animation schools. Also what I am very interested in is doing more large scale murals. Hopefully, the future also holds more of that for me. I am very interested in alternative systems of governance as well. Since we are in such a chaotic dystopian time globally, I try to educate myself as much as possible in this direction, what are...

Vəfa Kahraman ilə müsahibə

Dağçılıqla nə vaxtdan məşğul olursunuz? Üç il öncə iş yoldaşlarım Heydər zirvəsinə getmişdilər. Onların səfər təəssüratlarını eşidəndə çox həvəsləndim. İş yoldaşlarımdan biri mənə söz verdi ki, növbəti dəfə məni də özü ilə aparacaq. İş elə gətirdi ki, həmin dostum yol qəzasında dünyasını dəyişdi. Zaman keçdi, növbəti səfər vaxtı gəlib çatdı. Sözün açığı, əvvəl getmək istəmədim. Həmin dostum yadıma düşdü, özümü yaxşı hiss etmədim. Daha sonra fikrimi dəyişdim. Çünki biz vəd etmişdik. Digər dostlarıma qoşulub, Qızılqaya massivində yerləşən Heydər zirvəsinə yollandım. Fəridəylə də həmin səfər zamanı tanış oldum. Hələ də yaxşı xatırlayıram. Möhkəm qar yağırdı. Çadırımız peşəkar dağ çadırı olmadığı üçün içərisi çox soyuq idi. Fəridə məni yeməyə dəvət etdi. Daha sonra zirvəyə doğru dırmandıq. Zirvəyə çıxmaq mənim üçün asan idi. Fəridə məndən qabaqda gedirdi. İstirahət vaxtı məndən soruşdu: Sən heç dağa dırmanmısan? — Yox. — Bəs hansısa klubun üzvüsən? — Yox. — Ümumiyyətlə, təcrübən var? — Yox. — Əla! Səndən...

Qızçiçəyi

Bu film sadəcə xörəyi boyat olduğu üçün qəzəblənən insanlara həsr edilir. Věra Chytilovánın müəllifi olduğu “Qızçiçəyi” (çex. Sedmikrásky) adlı bədii ekran əsəri Çex Yeni Dalğasının (çex. Nová Vlna) əsas filmlərindən biridir. Praqa Baharından iki il öncə – 1966-cı ildə ekranlaşdırılan film hakimiyyət orqanları tərəfindən “əxlaqsızlığı təsvir etdiyi üçün” qadağan olunur. Rejissor isə 1975-ci ilə qədər ölkədə işləmək hüququndan məhrum edilir. Dünya korlanıb, biz də korlanaq! 60-cı illərdə Çexoslovakiyada baş verən kütləvi siyasi liberallaşma prosesi, SSRİ-nin tərkibindən azad olma cəhdləri filmdə Mariya adlı iki gənc qızın timsalında öz əksini tapıb. Filmin ilk səhnələrindən birində alma ağacının ətrafında rəqs edən qızlar almanı dişlədikdən sonra “cənnətdən qovulurlar”. Getdikcə “korlanan” qızlar acgözlük, yalan, oğurluq, ədəbsizlik, əyləncəylə cəmiyyətin yaratdığı sosial boyunduruqdan xilas olur, etiket və əxlaq anlayışlarını darmadağın edirlər. “Nəisə xoşunuza gəlmirsə, qaydalarına əməl etməyin, onları pozun. Qadın və kişilərdə axmaqlıq və sadəlövhlüyün düşməniyəm. Həyatımı bu xüsusiyyətlərdən xilas etmişəm” – müsahibələrinin birində Věra belə deyir....

İradə Qədirova ilə müsahibə

Sizi dağlara səsləyən nədir? Oradan ətrafa açılan və aşağıdan görə bilmədiyimiz mənzərələr. Ən gözəli gün doğuşu və qürub çağıdır. Hər dəfə yenilənəcək olan daxili iç dünyam və dağın özü. Hər yeni dağ özü bir dünyadır. Özünüzü daha çox kim hesab edirsiniz: idmançı, alpinist, yoxsa səyyah? Alpinist deməkdən çəkinirəm. Səyyah da olmuram orada. Macəraçıyam. İlk fəth etdiyiniz dağ hansıdır? “Fəth etmək” sözünün əleyhinəyəm. Dağları necə fəth etmək olar? Onlar əbədi və möhtəşəmdir. Biz sadəcə onlardan bizi zirvələrinə buraxmaları üçün dua edə bilərik. Bu baxımdan, Babadağ ilk dağım olub. Ən yaddaqalan səfəriniz hansıdır? Şahdağ. Bir il idi ki, xəyalımdı. O zaman dağlar bir çox səbəbdən ictimaiyyətə bağlı idi. Yüksək zirvələrə dırmanmaq üçün xüsusi qurumlardan icazə almaq çox çətin idi. Odur ki, Şahdağa mümkünsüz bir şey kimi baxırdım. Ancaq bir gün gözlənilmədən Şahdağ həyatımın bir parçasına çevrildi. Qalxmaq istədiyiniz zirvə hansıdır? Əlbəttə ki, Everest və Annapurna zirvələri. Ailənizin bu xobbinizə münasibəti necədir? Qəbul...

Misir Ərəb Baharında qraffiti və rəssam qadınların rolu

2010-cu ilin dekabr ayından etibarən bir çox Ərəb ölkələrində yoxsulluq, korrupsiya və siyasi təzyiqlərə görə kütləvi nümayişlər başladı. Getdikcə Ərəb ölkələrində yayılan bu inqilab dalğası Misirə də gəlib çatdı. 2011-ci ildə xalq etirazları Misirdə uzun müddət xidmət edən və nüfuzlu lider sayılan Hüsnü Mübarəkin iqtidardan getməsi ilə nəticələndi. Nümayişlərin əsas səbəbləri polis şiddəti, fövqəladə vəziyyət, işsizlik, minimum əmək haqqının azaldılması, qida çatışmazlığı, ifadə azadlığının olmaması, korrupsiya halları, həyat səviyyəsinin aşağı olması idi. Bütün bu proseslər etirazlar zamanı incəsənətin özünü dirçəltməsinə və yeni fona girməsinə səbəb oldu. Sənət insanları da artıq susmur, etirazlara qoşulurdular. Onların arasında küçə teatr qrupları, yazıçı, reper, müğənni, aktyor və kinoşünaslardan başqa mövzumuzun əsas qəhrəmanları – küçə və qraffiti sənətçiləri də var idi. Onlar Misir cəmiyyətinin gələcəyə olan baxışını dəyişmək, fərqli düşüncələr və fikirlərə açıq olmasına öz sənətləri ilə təsir göstərəcəkdilər. Mübarək rejiminə qarşı başlayan etirazlarda qadınlar da kişilər kimi nümayişə çıxırdılar. Xüsusilə də 2011-ci il 25...

Şəfiqə Bağırova ilə müsahibə

“Baghiri” brendinin yaranmasına necə təşəbbüs etdiniz? Ümumi fəaliyyətimizin noyabrda 4 ili tamam oldu. Lakin 1 ildən az bir müddətdir ki, rebrending etmişəm və “Baghiri” ərsəyə gəlib. Rebrending etməyə məni daha çox rəfiqəm və fotoqrafım Fatimə təşviq etdi. Yenidən formalaşdırıb “Baghiri”ni təqdim edən zaman anamın da fikirləri çox vacib idi mənim üçün. Azərbaycanda əl işlərinə maraq necədir? Alıcılıq qabiliyyəti sizi qane edirmi? Sevindirici haldır ki, son illər əl işlərinə maraq kifayət qədər artıb. Ancaq təəssüf ki, insanların bir çoxuna görə məhsulun yerli istehsal və əl işi olması onun dəyəri ilə yalnış əlaqələndirilir. Belə ki, onlar kütləvi mağazalarda satılan fabrik məhsulları ilə qiymət müqayisəsi apararaq, “bahadır” qənaətinə gəlirlər. Ancaq hamıya məlumdur ki, həmin mağazalarda üzərinə “handmade” etiketi vurulmuş məhsulların qiyməti digərlərindən bir neçə dəfə yüksək qiymətdə satışa çıxarılır. Nəzərə alsaq ki, əl işlərinin əksəriyyətinin satışı online olaraq həyata keçirilir, alıcılıq qabiliyyəti bu səbəbdən dolayı aşağı düşür. Sosial şəbəkələrin mövcudluğu kiçik sahibkarlıqla məşğul...

Evimin sədaları

Evim! Kürəyini divarlarına söykədikcə səni qızdıran, küləkdən, yağışdan, günəşdən sığındığın, sevdiklərinin şəkillərini düzdüyün, günəşin hər səhər pəncərədən şüaları ilə səninlə oynaşıb oyandırdığı məhrəm yer. Evim! Kürəklərini soyuq divarlarına dayadıqca ciyərlərini yandıran, nəfəsini içinə çəkdikcə tənhalığını dərindən andıran, gözlərini dəmir barmaqlıqlarından həsrətlə mavi səmaya zilləyib günəşdə doğmalarının simasını axtardığın yad məkan. Rüqəyya Kəbirinin İranın ən böyük həbsxanası olan “Evin”də həbs olunmuş gənc qadının həyatından bəhs edən “Evim” kitabını oxuduqca, evimin içində məni tənhalıq pərdəsi bürüyürdü. Səhifələrdən qadının iniltiləri, həsrəti, çəkdiyi zülm bütün bədənimə hopurdu. Bəzən də özümü onun yerində, zindanın tən ortasında, soyuq döşəmə üzərində çılpaq təsəvvür edirdim. Zindan! Torpaq üzərində mətin addımlarla ayaqlara vurulan qandalların məskəni! Zindan! Sərhədsiz ideyalarla yaradıcılığın tam ali zirvəsində susdurulan insan səsləri! Zindan! Köləliyə alışmamış azad ruhların boyunduruq altına salındığı qara zirzəmi! Və bu zirzəminin tam ortasında hələ ömrünün bahar çağlarında, yaşıl çəmənliklərdə sevgi çərpələnglərini uçurdacaq gənc bir qadın diz üstə çöküb. Müəllif əsərin qəhrəmanının bütün...

Kütləvi reqressiya

Cəmiyyətimizin qanayan yarasından danışırıq – kütləvi reqressiyadan. Mənəvi tənəzzüldən. Bəsitləşmədən. İnternetin, sosial media forumlarının həyatımıza daxil olması ilə başlamış və artıq meyvələrini verməkdə olan bəladan. Axına qapılıb gedirik toplu şəkildə. Cahil də, düşüncə sahibi də, gənc də, yaşlı da bu çaxnaşmada yox olmağa niyyətlidir. Artıq nə düşündüyünü, nəyi müdafiə etdiyini, nəyin arxasınca getdiyini bilməyən, eyni tip düşüncəni mühakiməsiz mənimsəmiş, özündən uzaqlaşmış bir kütlə forlamaşıb. Əvvəllər, güclünün yanında olma, onun düşüncəsini mənimsəmə prinsipi, azlıqda yer almaq qorxusu var idisə, bu gün insanlar düşüncəsini, həyat tərzini mənimsəmək üçün güclünü belə axtarmır. Hər kəs bəsit olanı təqlid edir, örnək alır, təkrarlayır. Sevdiyi, bəyəndiyi və rəğbət bəslədiyi üçün deyil, sadəcə asan olduğu, yormadığı və buna rəğmən şöhrət (güc) gətirdiyi üçün. Hər kəsdə bir populyarlıq eşqi baş qaldırıb. Daxili yoxsulluğu, əziklik kompleksini ört-basdır etmək çabası süzülür bu canfəşanlıqdan. İstənilən insan mənası, məqsədi bəlli olmayan 10 saniyəlik video ilə ortalığı ayağa qaldıra bilir. Asanlıqla özünə “heyran”...

Əmrulla İsrafilov ilə müsahibə

Təsvir önəmlidir, yoxsa mesaj? Kitab bəzək üçün deyil, oxumaq üçündür. Tablo bəzən bəzək üçün olur. Amma ciddi rəsm əsəri informasiya ötürür. Belə rəsm əsərləri çox vaxt muzeylərdə, kolleksiyalarda saxlanılır. Əslində, rəssam öz cəmiyyətində, yaxud dünyada olan bir problemi həll edir. Yaradıcı insan daxil azadlığı necə əldə edə bilir? Rəssam öz dünyasından baxır deyə azaddır. Kütlənin dünyasından baxmır. O sərbəstdir. Amma özünə də bir sərhəd, bir çərçivə qoyur. Nəyə görə? Çünki, hər şeyin bir sərhədi var. İfrat yaratmasın deyə. Hər bir şeydə bir estetika olduğu kimi əxlaq da var. Belə bir fikir var ki, yaradıcılıqda sərhəd yoxdur. İnsan azadlığa doğru irəlilədikcə ola bilsin ki, o sərhədi keçir, o sərhəddi hiss etmir və ya onun üçün sərhəd yoxdur. Mən bir rəssamı deyəcəm – Pikasso. Dediyiniz sərhədi keçəndən sonra, tükənəndən sonra onun yaradıcılığı cığırından çıxdı. Başqa bir formaya düşdü. İşləyərkən yanınızda daha çox ağıl olur, yoxsa şüur? Ağıl ilkin versiyada istifadə olunur. Sahənin...

totop