Buyurun! – Fors Media

Buyurun!

İstanbula iki dəfə səyahət etmişəm. İlk səfərimdə İstanbulu çox bəyənməsəmdə ikinci səfərimdə bu şəhəri  çox sevdim. İlk səfərimdə bəyənməməyimin səbəbini dəqiq bilmirəm amma güman edirəm ki,  ruh halı ilə yanaşı  səyahət planın da təsiri var. Taksimdən başlamağı məsləhət görmürəm çünki bura çox dinamikdir və sizdə gərginlik yarada bilər və yorula bilərsiniz. İstanbulun ruhunu hiss etmək üçün gəzintiyə SultanAhmet meydanından başlamağı məsləhət görərdim. Sultanahmet meydanından hansı görməli yerlərə gedə bilərsiniz:
*Aya Sofya muzeyi (Hagia Sophia Museum)
*Göy Məçid və digərləri (Blue mosque)
*Yerəbatan Sarıncı (Basilica Cistern)

Aya Sofya muzeyi (Hagia Sophia Museum) bizans dövrünə aiddir. Kilsə məqsədli tikilsə də Osmanlıların İstanbulu fəthi zamanaı məçidə çevrilib. Hal hazırda daha çox məçid arxitekturasındadır. Atatürkün qərarından sonra muzey kimi fəaliyyət göstərir.


Yerəbatan Sarıncı (Basilica Cistern). Yerəbatan Sarnıcı Bizans vaxtında tikilən böyük yeraltı su anbarıdır. Yerdəki suda balıqlar üzür. Tavandan damcılayan sular yerə töküldükcə maraqlı səslər yaranır. Yüksək sütunları olan bu böyük su anbarında özünüzü fantastik filmlərdəki kimi hiss edəcəksiniz.

SultanAhmed  meydanı yaxınlığında yaxşı restoranlar var. Enerji toplayıb piyada Eminönü istiqamətinə yönələ bilərsiniz. Yol boyu baş çəkə biləcəyiniz görməli yerlər:

*Topkapı sarayı

*Gülhanə Parkı

*Hocapaşa kültür mərkəzi (Hodjapasha)

*Kapalı çarşı (Grand Baazar)

Gülhanə parkında Nazim Hikmətin dediyi Cəviz ağacını axtarmayın, yoxdur 🙂 Gülhanə parkından Eminönü tərəfə yönəlib Hocapaşa kültür mərkəzinə baş çəkib səmazənlərin rəqsinə tamaşa edə bilərsiniz. Bu göstərilər axşam saatlarında baş tutur. Təəsüf ki, burada çəkilişə icazə verilmir.

Kapalı çarşı böyük bazardır və demək olar ki hər şey satılır. Bura baş çəkdikdən sonra Eminönü sahilinə keçib qaldığınız yerə gedib dincəlməyinizi məsləhət görürəm.

Eminönünə səhər saatlarında baş çəkin. Buradan çox yerə müxtəlif vasitələrlə (tramvay, avtobus, gəmi və s)  getmək imkanı var. Yüngül aclığınız varsa addımbaşı smit, sütlü mısır , midye, kestane və s səyyar satıcılara rast gələ bilərsiniz və ya Eminönündə sahildə balık-ekmek (çox dadlı deyil!) yeyərək sahilə tamaşa edə bilərsiniz. Körpünün üstünə çıxıb balıqçılara və gəmilərə da tamaşa edə bilərsiniz. Körpünün altında isə restoranlar mövcuddur.
Eminönündən körpünün üstü ilə piyada Karaköyə (Qalata qülləsi istiqamətində) gedə bilərsiniz. Qalata qülləsindən İstanbula gözəl mənzərə açılır.

Karaköydən gəzərək Taksimə düşə bilərsiniz. Taksim İstanbulun ən məşhur küçəsidir. Burada siz qarğıdalı, şabalıd, simit satan qırmızı arabalara, zəngli qırmızı tramvaylara, eyni ritmli zəngi olan şou göstərərək maraş dondurması satanlara, brend mağazalara, küçə musiqiçilərinə rast gələ bilərsiniz.

Əgər Taksimin səs-küylü küçəsi sizi yordusa Eminönünə qayıdıb buradan dəniz yolu ilə Kadıköyə tərəf yollanın. Gəmidə çay içərək canlı musiqi edən gənclərə və ya dənizə tamaşa edə bilərsiniz. Gəminin arxasınca uçan qağayılar üçün smit almağı unutmayın. Kadıköy daha çox gənclərin toplaşdığı kafe və restoranların bolluğu ilə seçilir.Kadıköy-Moda sahilində bir az dolaşıb başqa bir planınız yoxdursa təkrar gəmi iə Eminönünə qayıdıb Balat tərəfə gedə bilərsiniz. Balatda maraqlı kafelərə və antik əşya satan məkanlara rast gələ bilərsiniz. Səfəriniz zamanı bazar gününüz varsa  Feriköy Antik bazarına baş çəkə bilərsiniz. Burada köhnə əşyalar aşağı qiymətə satılır.

Səfəriniz isti vaxtlara düşürsə adalara dəniz səyahətini qaçırmayın.
İstanbulda tək sıxıcı məqam çoxlu polis və güvənlik işçilərinin olmasıdır. Amma buna baxmayaraq İstanbul çox gözəldir. Ən çox eşitdiyim söz isə ucadan və uzun səslənən “Buyurun” sözüdür.

*Aya Sofya muzeyi (Hagia Sophia Museum)
*Göy Məçid və digərləri (Blue mosque)
*Yerəbatan Sarıncı (Basilica Cistern)
*Topkapı sarayı
*Gülhanə Parkı
*Hocapaşa kültür mərkəzi (Hodjapasha)
*Kapalı çarşı (Grand Baazar)
*Eminönü
*Qalata qülləsi (Karaköy)
*Kadıköy
*Balat
*Taksim
*Feriköy Antik pazarı

totop