DədəBaba ilə müsahibə – Fors Media

DədəBaba ilə müsahibə

Dədə kimdir, Baba kimdir?
ƏLİ: Dədə Orxandır, baba mən. Laçın da bizim balamız.
ORXAN: Fərqi yoxdur. Mən dədə, Əli baba və ya əksinə.

Musiqidən imtina etsəydiniz, hansı sahədə yaradıcı olardınız?
ƏLİ: Yəqin ki, toxuyardım. Şərf toxuyardım.
ORXAN: Yaxşı konsert təşkilatçısı olardım. Aşpaz da ola bilərdim.
LAÇIN: Əkinçi olardım.

Musiqiçi kimi bir-birinizi əvəz edə bilərsiniz?
ƏLİ: Qəliz məsələdir. Mən 1-2 dəfə bas gitarada ifa etmişəm. Çətindir.
ORXAN: Mən gitarada ifa edə bilərəm, hətta edirəm. Solo yox, ancaq ritmləri. Baraban heç. Mənim üçün meşədir.

Başqa hansı musiqi alətlərində ifa edə bilirsiniz?
ORXAN: Harmonika
ƏLİ: Zərb alətləri

Təsəvvür edin ki, hansısa bir konsertdəsiniz. Musiqi qrupunun bir üzvü konsertdə iştirak edə bilmir. Sizdən həmin ifaçını əvəz etməyi istəyirlər. Hansı musiqi qrupunu xəyal etdiniz?
ƏLİ: Doors, ya da Red Hot Chili Peppers.
ORXAN: Beatles. Paul McCartney. Amma o solaxaydır. Green Day də ola bilər.
LAÇIN: King Crimson qrupu. Robert Frippin yerində olmaq istərdim.

totop