Uşaqlar dizayn edərlərsə – Fors Media

Uşaqlar dizayn edərlərsə

25 avqust Fors Medianın “Kids Fashion Design” adlı layihəsinin dəb nümayişi keçirildi.

Layihə zamanı 3 azyaşlı uşaq tərəfindən çəkilən moda eskizləri əsasında geyimlər tikildi. Həmin geyimlərdən ibarət təşkil olunan dəb şousuna uşaqların ailə üzvləri, gənc dizaynerlər və Fors komandasının könüllüləri qatıldı.

“Kids Fashion Design” adlı layihənin keçirilməsində məqsəd uşaq yaradıcılığına dəstək olmaq, uşaqlarda özünü-ifadə və özünü-təqdimat bacarıqlarını inkişaf etdirməkdir. Tədbir zamanı uşaqların hazırladıqları geyimlər rəng harmoniyası, fantaziya və yaradıcılıq baxımından gələn qonaqların təəccübünə səbəb oldu. Tədbirin sonunda uşaqlara dizayn etdikləri geyimlərin arxasında dayanan ideya haqqında danışmaq imkanı verildi.

Fors Media qadınların mədəniyyət və incəsənət vasitəsilə maarifləndirilməsi, kiçik sahibkarlıqla məşğul olan qadınlara dəstək və yerli dəb etalonu olmaq məqsədilə yaradılıb. Fors Medianın əsas istiqamətlərindən biri Fors magazine adlı rüblük jurnaldır. İnkluzivlik, hər növ yaradıcılığa dəstək və Azərbaycan dilində ensiklopedik xarakterli yerli jurnal olmaq kimi dəyərləri əsas tutaraq dərc olunan Fors Magazine-nin 2-ci sayı sentyabrda işıq üzü görəcək.

 

totop