Bu payız və qış mövsümündə nə geyinməli? – Fors Media

Bu payız və qış mövsümündə nə geyinməli?

Qarderobumuzda növbəti dəyişiklik etmək vaxtı demək olar ki gəlib çatıb. Xanımlar artıq payız-qış alışverişlərini etməyə hazırlaşırlar. 2018-ci ilin payız-qış mövzümü trendlərini araşdırıb onları sizin diqqətinizə çatdırmaqla edəcəyiniz seçimlərdə azacıqda olsa sizə yardımçı olmaq istərdim.

Hər şeydən öncə qeyd edim ki, bəzi geyimlər illər keçsə belə öz fəslinin dəbi olaraq qalmaqda davam edir. Bura heç şübhəsiz dizə və ya topuğa qədər olan paltolar, hər il bir az daha böyük ölçüdə bizə təqdim edilən balonkalar, uzun çəkmələr, kürklər və trapes şalvarlar daxildir. Burbery markasının moda dünyasına ərmağan etdiyi ekose olaraq tanıdığımız parçalardan hazırlanan üst geyimləri, uzun şalvar və ya yupkalar modelyerlərin bu il də kolleksiyalarının əsas hissəsidir. Lakin bu il tünd rəngli ekoselərdən daha çox açıq sarı, xardal və yaşıl rəngli ekoselərə üstünlük verilir.

Bu il üçün ən çox nəzərə çarpan detallardan biri kimi papaqlarla birgə örtük kimi istifadə olunan şallardır. Gucci, Balenciaga, Alexander Wang, Calvin Klein ve Versace kimi məşhur brendlərin dəfilələrində bu yeni axına yer verdiklərini görmək mümkündür.

Hər nə qədər gözqamaşdıran parıltılara gecə geyimlərində üstünlük verilsə də 2018 payız-qış mövsümü üst geyimləri bu baxımdan heç də geri qalmır. Donlar, əl çantaları, üst geyimləri və digər geyim əşyalarında üstünlük veriləcək və daha çox 90-cı illərə xas olan disko topunu xatırladan bu rənglərə payız-qış aylarında tez tez rast gələcəyik.

Qarderobunuzda qalan və istifadə etmədiyiniz hər nə varsa üst-üstə keçirib qarşıdan gələn mövsüm üçün ideal kombin hazırlaya bilərsiniz. 2018-ci il payız-qış mövsümü dəbi sizə bunları etməyə kifayət qədər icazə verir. Alt-üst geyilən donlar, köynəklər, kurtka və jaketlər bu ilin nəzərə çapan trendlərindən biridir. Odur ki çəkinməyin.

Dəb deyiriksə, əvvəlki illərə qayıdıb, o dövrün motivlərindən istifadə etmədən olmaz. Tom Ford və digər məşhur dəb ikonaları da bu cür düşünüb, heç vaxt dəbdən düşməyən və qadınların cazibəsini ön plana çəkdiyi düşünülən bəbir naxışını 80-90-cı illərin geyim trendlərinə uyğunlaşdıraraq 2018-ci il kolleksiyalarına daxil ediblər. Daha çox şalvar və çəkmələrdə üstünlük verilən bu naxışı bu ildənzərif şifon və ya məxməri parçalar üzərində tez-tez görəcəyik. Mənə görə özyündə artıq aksessuar olan bəbir naxışlı geyim parçasından istifadə edən xanımlar digər seçimlərində sadəlikdən yana olmalıdırlar. Bu naxışın bu il neon tonlarında belədəbdə olacağını nəzərə alsaq, maksimum dərəcədə rəngli aksessuarlardan istifadədən qaçmalıyıq.

Nəhayət, ətraf mühiti qorumaq adına sözü bir yerə qoya bilən modelyerlər saxta kürklərə yönəlməyə başlayıblar. Bəli, kürk sevərlər bu il də istədikləri bu parçaları rahat şəkildə istifadə edə bilərlər. Ümid edirik ki, onlar da “sadəcə bir fəsil istifadə edilə biləcək geyimlər və əsalət xatirinə canlılara zərər verilməməlidir” mövzusunda bizimlə həmfikirdirlər.

Geyim və aksessuarlarla yanaşı artıq özü içində incəsənəti birləşdirən və dəb yaratmağa başlayan dırnaq dizaynları da fəsillərə uyğun olaraq müəyyən trendləri izləyir. Son dönəmdə olduqca geniş vüsət alan dəlisov dırnaq dizaynları hətta çoxsadə geyinməyi üstün tutan xanımların belə seçimi ola bilir. Belə ki, edəcəyiniz fərqli manikürlə imicinizə tamam fərqli ab-hava qata bilərsiniz. Bəs dəb jurnallarında və sosial şəbəkələrdə rast gəldiyimiz qış mövsümü üçün nəzərdə tutulan dizaynlar hansılardır? Mat və şəffaf rənglərlə edilmiş manikürlər çox təbii ki, bu siyahıya başçılıq edir. Qeyri-adiliyi sevən xanımlara isə xoş xəbərimiz var: qaşlı dizaynlardan tutmuş dırnaq üzərində açılanoyuqlara qədər qədər ağlımıza gələ biləcək hər cür dırnaq dizaynı bu qışın dəbi hesab ediləcək. Parisian Bohemia” adlanan qara rəng üstü ulduzlar, tünd pastel tonları, hər zaman dəbdə olan qırmızı rəng, zərli dırnaqlar bu qışın üstünlük verilən dırnaq boyaları olacaq. Bir sözlə, rəng və sərhəd tanımadan öz fərqli görünüşü ilə diqqət çəkəcək dırnaq dizaynları ilin son iki fəslində tez-tez qarşımıza çıxacaqlar.

Müəllif: Amina Zaada

totop