Önemli olan İçinde götürdüklerin – Fors Media

Önemli olan İçinde götürdüklerin

Öz tərzinizi necə ifadə edərdiniz?Feminin, innovativ, eksperimental, azadlıq tərəfdarı və qayda-qanunsuz.

“O olmadan evdən çıxmaram” dediyiniz üç şey nədir?Ətirim, krepe (naços) darağım və telefonum.

Bir qadının heç vaxt geyməməli olduğu nələr vardır?Legginsi qısa köynəklə geyməməli, pedikürsüz ayaqlarla açıq ayaqqabı geyməməli.

Ahəngsizliyin ahəngi barədə nə deyə bilərsiniz?Ahəngsizliyin ahəngi əslində bütün əsas qayda və qanunları əzbərləmiş innovativ və uzaqgörən, üzərinə yeni bir şey əlavə etməkdən çəkinməyən, qısası, bütün normaları oxuyub əzbərləmiş birinin etməli olduğu bir şeydir. 2018 modasının da göstərdiyi tam olaraq budur. Bütün dövrlərdə geyilmiş nüansları hazır geyimdə görürük. Əslində indiki dövr modasının xüsusi simvolu yoxdur. Həmin simvolu geyinən adam təyin edir. Burada ən önəmli mövzu yaratdığınız üslubdur (styling). Yəni ahəngsizlik modasını ev şəraitində yoxlamaq təhlükəli ola bilər Qısası, bu, hər kişinin işi deyil.

Vintaj modaya olan sevginiz necə başladı?

Mən də keçid dövrümdə hər cür tərzi yoxlamış, təcrübə və yanılmalar yaşamış biriyəm. Təbii ki, uşaqlığımdan bəri vintaj geyinirəm deyə bilmərəm, həm də bir qadının əsl tərzi 30 yaşlarından sonra ortaya çıxır. Nənəmlə böyümüş biri olaraq, hər   səhər işə gedərkən saatlarla korset geyinməyi, saçlarını daramağı, evə dərzilərin gəlməyi, ən adi bir günə belə xüsusi hazırlanmağı… Bunlar mən yaş aldıqca ilham mənbəyim olmağa başladı. Onsuz da tərz dediyiniz şey yaşadığınız illərin, şəraitin bir nəticəsidir.

 

Öz ayaqları üzərində durmaq istəyən qadınlara nə kimi məsləhətləriniz var? Əvvəlcə demək istəyirəm ki, haqlı da olsanız, haqsız da olsanız, müdafiə etdiyiniz ideologiyanın çevrənizdə dinlənilməsi üçün ciddi bir bilik deposuna sahib olmalısınız. Təhsil, təbii ki, şərtdir, amma özünüzü bununla limitləyə bilməzsiniz. Həyat qısa, kitablar uzundur, hər boş anınızı oxuyaraq, görərək dəyərləndirin. Özünüzü heç kimə bağlı hiss etməyin. Biri sizi sevsin deyə, ailəniz də daxil olmaqla, heç vaxt xarakterinizdən və xəyallarınızdan əl çəkməyin. Ana-ataya hörmət yaxşı bir şeydir, amma onların sizi idarə etməsinə icazə verməyin. Bir qadın olaraq, mərhəməti və vicdanı heç vaxt əldən verməyin. Xoşbəxt hiss etmədiyiniz anlarda özünüzlə tək qalın, mahnılar oxuyun, ağlayın və güc toplayın. Həmişə baxımlı, təmiz və zərif görünməyə çalışın.

Türk qadınıyla azərbaycan qadını arasında hansı fərqləri görürsünüz? Azərbaycanlı qadınlarda məni ən çox cəlb edən və mənə güc qatan cəhətlərdən biri də şərait və mühit nə olursa olsun, həmişə baxımlı, nazlı, işvəli olmaları və özlərini çox bəyənmələridir. Maddi durumu nə olursa olsun, özünə baxır, geyindiklərinə fikir verir. Türk qadını yorğundur, tənbəldir. Özünə baxmamağı üçün min cür bəhanəsi olur, eyni mənim kimi. Həmişə bir qaçaqaçdayıq, daha rahat geyimlərə üstünlük veririk. Feminin olmaq həmişə arxa plandadır. Görünüşünə fikir verməli olduğu vaxtlarda artıqlaması ilə diqqət göstərir, amma bunun üçün mütləq xüsusi bir gün gözləyir. Azərbaycan qadınlarında ən sevdiyim cəhət, 7/24 xüsusi bir yerə gedirmiş kimi yaşayırlar, çünki özlərinə çox dəyər verirlər.

Modadn başqa hansı maraqlarınız var? 

Modadan başqa ədəbiyyat, çay, həyat yoldaşım və itim var, bütün həyatım bu qədərdir.

totop