Səninləykən sənsiz – Fors Media

Səninləykən sənsiz

Dalğalanır yenə dəniz,

Görünmür o gəmidən bir iz.

Bu qədər uzaq olmağı

Nə vaxtdan qərar verdik ki biz?

Biz??

Biz deyə bir şey qaldımı?

Yoxsa xəyal idi hamısı?

Ya da sənin tək aldığın qərarlar…

Bəs hardadır keçmiş xoş anlar?

Niyə yanımdaykən uzaqsan?

Niyə əvvəlki tək üzümə baxmırsan?

Sən dənizi sevirəm deyə-deyə

O dənizə qərqmi olmusan?

Yoxsa… Yoxsa məni unutmusan?

 

Müəllif: Lalə Cəfərli

Foto: “Yay günü”, Berta Morizo

totop