Təhsildə qadınlar – Fors Media

Təhsildə qadınlar

Statistika göstərir ki, təhsil sektorunda təhsil alan qadın tələbərin sayı kişilərdən az qala 4 dəfə çoxdur: 77.8 %. Bununla belə təhsil sektoru qadınlar üçün Azərbaycanda karyera yüksəlişinə qətiyyən zəmanət vermir. Qadınlar təhsil sahəsindəki işçi qüvvəsinin də yarıdan çoxunu (73.8 %) təşkil etməklərinə baxmayaraq, əsas və aparıcı vəzifələrdə yer tutmağa gəldikdə tendensiyanın kəskin şəkildə dəyişdiyini görürük.

Azərbaycan ictimai norma və ənənələrə çox sadiq qalan ölkələrdən biridir ki, bu da bir çox hallarda qadınların ənənələri qıraraq istədikləri peşələrə sahib olmalarını çətinləşdirir. Başqa sözlə, qadınlar peşəni cəmiyyət normalarına görə seçir, cəmiyyətin “uyğun” bildiyi işlərə – təhsil, səhiyyə, sosial xidmətlər kimi “qadın” peşələrinə meyllənir, belə sahələrdə karyera qurmağı planlayırlar. Əsasən lider vəzifələrdə yer alan kişilər təhsil sahəsinin cəmi 26.9 %-ni təşkil edir.

Bu tendensiya əsasən baş müəllimlər, müəllimlər və assistentlər kimi daha az perspektivli və aşağı maaşlı vəzifələrə gəldikcə dəyişir.

2017-ci il üzrə Qlobal Gender bərabərsizliyi hesabatına əsasən, Azərbaycan 144 ölkədən 98-ci yerdədir.

 

Müjgan Abdullazadə, Azərbaycanda təhsil sahəsində və iş yerlərindəki gender bərabərsizliyi haqqında data hekayə

 

 

 

totop