Əslində məsələ belədir – Fors Media

Əslində məsələ belədir

Bildiyimiz bütün trend geyimlər fabriklərdən eyni paltar olaraq eyni statusda istehsal olunur. Bu mərhələ çox uzun davam etmir: moda elə sahələrdən biridir ki, brendinq və marketinq ora birbaşa təsir edən amillərdəndir. Belə ki, günümüzdə hazır gördüyümüz bütün trendlərin çoxu brendinq strategiyalarının təsirindən yaranır. Təbii  ki, nəticələri də böyük olur: hal-hazırda dünya əhalisinin paltar və ayaqqabıya xərclədiyi büdcə illik 1 trilion dollardır. Bəziləri düşünür ki, moda sahəsi çox əhəmiyyətsizdir. Amma bu bir faktdır ki, hər keçən gün moda həyatımızın bütün sahələrinə təsirsiz keçmir və bu təsir ilbəil dəyişir, artır.

Gəlin, bir az 2018-ci ildə gördüyümüz trend partlayışından danışaq. Demək olar ki, bütün brendlərin kolleksiyalarında gördüyümüz heyvan printləri və neon rənglər, işçi geyimi adlandırdığımız kombinezonlar, boş və oversize tək parça boilersuitlər, oversize trençlər, pencəklər və paltolar, yüksək belli enli cins şalvarlar, uzunboğaz hündürdabanlı çəkmələr (xüsusilə ağ rəng partlayışı), stilettolar, çiyin detalları xüsusilə assimetrik kəsimlər və çiyni düşük modellər, asimmetrik kəsim midi ətəklər və çoxçantalılıq trendi. Təbii ki, bu trendlərin bəziləri növbəti ildə IN, bəziləri isə OUT olacaq. Heyvan printləri, neon rənglər, işçi geyimləri, assimetrik çiyin kəsimləri və süni xəzlər növbəti ildə də bizimlə olacaq.

Seçdiyimiz və seçmədiyimiz geyimlər bizim sosial ‘personal statement’i təyin edir və hər zaman düşünülməsi gözönündə olan bir məsələ bu olmalıdır deyə düşünürəm: You don’t buy clothes, you buy identity!

Müəllif: İlahə Əli

totop