Blog – Fors Media

Əslində məsələ belədir

Bildiyimiz bütün trend geyimlər fabriklərdən eyni paltar olaraq eyni statusda istehsal olunur. Bu mərhələ çox uzun davam etmir: moda elə sahələrdən biridir ki, brendinq və marketinq ora birbaşa təsir edən amillərdəndir. Belə ki, günümüzdə hazır gördüyümüz bütün trendlərin çoxu brendinq strategiyalarının təsirindən yaranır. Təbii  ki, nəticələri də böyük olur: hal-hazırda dünya əhalisinin paltar və ayaqqabıya xərclədiyi büdcə illik 1 trilion dollardır. Bəziləri düşünür ki, moda sahəsi çox əhəmiyyətsizdir. Amma bu bir faktdır ki, hər keçən gün moda həyatımızın bütün sahələrinə təsirsiz keçmir və bu təsir ilbəil dəyişir, artır. Gəlin, bir az 2018-ci ildə gördüyümüz trend partlayışından danışaq. Demək olar ki, bütün brendlərin kolleksiyalarında gördüyümüz heyvan printləri və neon rənglər, işçi geyimi adlandırdığımız kombinezonlar, boş və oversize tək parça boilersuitlər, oversize trençlər, pencəklər və paltolar, yüksək belli enli cins şalvarlar, uzunboğaz hündürdabanlı çəkmələr (xüsusilə ağ rəng partlayışı), stilettolar, çiyin detalları xüsusilə assimetrik kəsimlər və çiyni düşük modellər, asimmetrik kəsim midi ətəklər və...

Kədər sonsuzadək davam edəcək

Van Qoq deyəndə ağlınıza ilk nə gəlir? Kəsilmiş qulaq, ağır depressiya, şizofreniya, bipolyar pozuntu, yoxsa ‘Ulduzlu gecə’, ‘Günəbaxanlar’, Van Qoq sarısı? Ya da eləcə məşhur rəssam? Vinsent Van Qoq 30 mart 1853-cü ildə Hollandiyada dünyaya gələn incəsənət tarixinin ən məşhur şəxsiyyətlərindən biridir. Van Qoqun rəssamlıq hekayəsi uzun bir mübarizənin, əməyin nəticəsidir. O, özünü rəssam kimi kəşf edənə kimi bir çox peşələrdə – müəllim, din təbliğçisi, əmisinin rəsm alqı-satqısı ilə məşğul olan Gaupil şirkətində, kitab mağazasında satıcı olaraq çalışmışdır. Hətta bir müddət universitetə qəbul olmaq üçün aylarla hazırlaşsa da son anda bundan imtina etmişdir. Vinsent xarakterinə görə insanlar tərəfindən dəli kimi qələmə verilirdi. Dəfələrlə uğursuz sevgi macəraları, mənəvi olaraq rahatladan peşə tapa bilməməsi, düşdüyü mühitlərdə insanlar tərəfindən aşağılanması keçirdiyi depressiyanı daha da ağırlaşdırmışdır. Onu sadəcə bir insan – qardaşı Theo Van Qoq dinləyib dəstək olurdu. Belə ki, Vinsent Van Qoqun ölümündən sonra çəkdiyi rəsmləri ilə yanaşı qardaşı Theoya yazdığı onlarla məktub qalmışdır. Qardaşına yazırdı: “Çox insanların...

Bağlantılı basqılar

İnsan Haqqları Bəyannaməsi 1948-ci ildə Paris şəhərində və İkinci Dünya Müharibəsinin təsirində 1 müqəddimə və 30 maddəli beynəlxalq müqavilədir. Həmin müqavilə bəşəriyyət tarixində ilk dəfə olaraq, insanların yaşadıqları zaman və coğrafiyanın fərqliliyinə baxmadan, onlara sırf insan olduqları üçün lazım olan mədəni, iqtisadi, siyasi və sosial hüquqlardan bəhs edir. 1948-ci il Beynəlxalq İnsan Hüquqları bəyannaməsinin təsdiqindən 1993-cü il İkinci Beynəlxalq İnsan Hüquqları konfransına qədər keçən bir zaman… Və düşünün ki, qadın hüquqlarının insan hüquqları çərçivəsində yer alması və belə bir düşüncəyə çatmaq 50 ilə yaxın bir zaman tələb etdi. 1910-cu ildən 1932-ci ildə qədər keçən 13 illik bir müddət İranda qadın hüquqları üzrə ən parlaq illər sayılır. 6 il – martın 8-i Beynəlxalq Qadınlar günü kimi təyin edilmədən əvvəl qadınların kişilərlə bərabər fəal şəkildə İran Məşrutə inqilabında iştirak etmələri onların cəmiyyətə daxil olmasına səbəb oldu. Qadınların maariflənməsi və təhsil alması üçün xüsusi məktəb və jurnallar yaradıldı ki, bunlar da qadınların bərabərlik...

Təhsildə qadınlar

Statistika göstərir ki, təhsil sektorunda təhsil alan qadın tələbərin sayı kişilərdən az qala 4 dəfə çoxdur: 77.8 %. Bununla belə təhsil sektoru qadınlar üçün Azərbaycanda karyera yüksəlişinə qətiyyən zəmanət vermir. Qadınlar təhsil sahəsindəki işçi qüvvəsinin də yarıdan çoxunu (73.8 %) təşkil etməklərinə baxmayaraq, əsas və aparıcı vəzifələrdə yer tutmağa gəldikdə tendensiyanın kəskin şəkildə dəyişdiyini görürük. Azərbaycan ictimai norma və ənənələrə çox sadiq qalan ölkələrdən biridir ki, bu da bir çox hallarda qadınların ənənələri qıraraq istədikləri peşələrə sahib olmalarını çətinləşdirir. Başqa sözlə, qadınlar peşəni cəmiyyət normalarına görə seçir, cəmiyyətin “uyğun” bildiyi işlərə – təhsil, səhiyyə, sosial xidmətlər kimi “qadın” peşələrinə meyllənir, belə sahələrdə karyera qurmağı planlayırlar. Əsasən lider vəzifələrdə yer alan kişilər təhsil sahəsinin cəmi 26.9 %-ni təşkil edir. Bu tendensiya əsasən baş müəllimlər, müəllimlər və assistentlər kimi daha az perspektivli və aşağı maaşlı vəzifələrə gəldikcə dəyişir. 2017-ci il üzrə Qlobal Gender bərabərsizliyi hesabatına əsasən, Azərbaycan 144 ölkədən 98-ci yerdədir.   Müjgan...

Səninləykən sənsiz

Dalğalanır yenə dəniz, Görünmür o gəmidən bir iz. Bu qədər uzaq olmağı Nə vaxtdan qərar verdik ki biz? Biz?? Biz deyə bir şey qaldımı? Yoxsa xəyal idi hamısı? Ya da sənin tək aldığın qərarlar… Bəs hardadır keçmiş xoş anlar? Niyə yanımdaykən uzaqsan? Niyə əvvəlki tək üzümə baxmırsan? Sən dənizi sevirəm deyə-deyə O dənizə qərqmi olmusan? Yoxsa… Yoxsa məni unutmusan?   Müəllif: Lalə Cəfərli Foto: “Yay günü”, Berta Morizo

...

Ögey Ana

Qadın bəşəriyyət yarandığı vaxtdan bütün işlərdə özünü sınayan və istənilən çətinliyin öhdəsindən gəlməyi bacaran ilahi varlıqdır. Müasir zamanda elə bir sahə tapılmaz ki orda qadın olmasın. Kosmonavt, hərbiçi, həkim, hüquqşünas, müəllim,yazıçı və s. Bunları indi istənilən qədər saymaq olar, amma bir zamanlar sadəcə xəyal olub. Etiraf etməliyik ki, bu nailiyyətləri əldə etmək elə də asan olmayıb. XX əsr yalnız elm və texnikanın inkişafı ilə deyil, həm də qadınların cəmiyyətdə özünə mövqe tutması, inkişafı ilə yadda qaldı. Tarixən ədəbiyyatda və incəsənətdə saysız-hesabsız qadın obrazları yaradılıb. Müxtəlif millətlərin nümayəndələri tərəfindən yaradılsa da əslində hisslər və dəyərlər eynidir. Filmdə qadın qəhrəman yaratmaq elə də asan deyil, çünki yaratdığın qəhrəman müsbət və mənfi cəhətləri ilə tamaşaçıların əksəriyyəti tərəfindən müəyyən qədər qəbul olunmalıdır. Belə təsiredici filmlər həm dünya kinosunda, həm də Azərbaycanda var. Film incəsənətin elə bir sahəsidir ki, əhatə dairəsi çox genişdir və bununla təsir qüvvəsi yaratmaq daha asandır. Elə filmlər var ki, istehsal...

totop