Culture – Fors Media

Leyli və Məcnun

İfa edirlər: Məcnun – Hüseynqulu Sarabski Leyli – Əbdürrəhim Fərəcov İbn Səlam – Ceyhun Hacıbəyli Məcnunun anası – Mirmahmud Kazımovski Məсnunun atası – Mirzə Muxtar Leylinin atası – İ. Qasımov Leylinin anası – С. Vəzirov “13 yaşımda olarkən Şuşada qəribə bir tamaşa gördüm. Tamaşanın adı belə idi: Məcnun Leylinin məzarı üstdə. O səhnəcik məni elə həyəcanlandırdı ki, 8 ildən sonra Bakıya gəlib, qərara aldım ki, gərək opera yazım”. 1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25-də) dahi Üzeyir Hacıbəyovun şərq və müsəlman aləmində ilk opera əsəri olan “Leyli və Məcnun” tamaşası Hacı Zeynalabdin Tağıyev teatrında səhnəyə qoyulur. Məcnun rolunda Hüseynqulu Sarabski — Salam. — Əleykəssalam. — Hüseynqulu Sarabski sizsiniz? — Hə. — Dünən axşam sizi “Əl-Mənsur” tamaşasında gördüm. Yaxşı oxuyurdunuz. — Həə. Gündüz də ki, görürsünüz də nəylə məşğulam. Neyləyəsən? Bizim zəmanədə müsalman artistlərinin günü-güzaranı budur. Bir yerdən qazancın olmasa, dolana bilmərsən. — Heç tanış da olmadıq. Üzeyir Hacıbəyov. Jurnalist. —...

Interview with Klara Debeljak

Tell us about yourself. My name is Klara Debeljak. I have been living in Prague for 4 years where I am trying to finish bachelor program in Liberal Arts and Humanities. My main passion though is visual arts. In the last five years, I have been dealing a lot with graffiti and street art, which is what I am most interested in. In the future, I would like to work as an animator and muralist so to put that in motion I am currently making a portfolio and applying for animation schools. Also what I am very interested in is doing more large scale murals. Hopefully, the future also holds more of that for me. I am very interested in alternative systems of governance as well. Since we are in such a chaotic dystopian time globally, I try to educate myself as much as possible in this direction, what are...

Qızçiçəyi

Bu film sadəcə xörəyi boyat olduğu üçün qəzəblənən insanlara həsr edilir. Věra Chytilovánın müəllifi olduğu “Qızçiçəyi” (çex. Sedmikrásky) adlı bədii ekran əsəri Çex Yeni Dalğasının (çex. Nová Vlna) əsas filmlərindən biridir. Praqa Baharından iki il öncə – 1966-cı ildə ekranlaşdırılan film hakimiyyət orqanları tərəfindən “əxlaqsızlığı təsvir etdiyi üçün” qadağan olunur. Rejissor isə 1975-ci ilə qədər ölkədə işləmək hüququndan məhrum edilir. Dünya korlanıb, biz də korlanaq! 60-cı illərdə Çexoslovakiyada baş verən kütləvi siyasi liberallaşma prosesi, SSRİ-nin tərkibindən azad olma cəhdləri filmdə Mariya adlı iki gənc qızın timsalında öz əksini tapıb. Filmin ilk səhnələrindən birində alma ağacının ətrafında rəqs edən qızlar almanı dişlədikdən sonra “cənnətdən qovulurlar”. Getdikcə “korlanan” qızlar acgözlük, yalan, oğurluq, ədəbsizlik, əyləncəylə cəmiyyətin yaratdığı sosial boyunduruqdan xilas olur, etiket və əxlaq anlayışlarını darmadağın edirlər. “Nəisə xoşunuza gəlmirsə, qaydalarına əməl etməyin, onları pozun. Qadın və kişilərdə axmaqlıq və sadəlövhlüyün düşməniyəm. Həyatımı bu xüsusiyyətlərdən xilas etmişəm” – müsahibələrinin birində Věra belə deyir....

Misir Ərəb Baharında qraffiti və rəssam qadınların rolu

2010-cu ilin dekabr ayından etibarən bir çox Ərəb ölkələrində yoxsulluq, korrupsiya və siyasi təzyiqlərə görə kütləvi nümayişlər başladı. Getdikcə Ərəb ölkələrində yayılan bu inqilab dalğası Misirə də gəlib çatdı. 2011-ci ildə xalq etirazları Misirdə uzun müddət xidmət edən və nüfuzlu lider sayılan Hüsnü Mübarəkin iqtidardan getməsi ilə nəticələndi. Nümayişlərin əsas səbəbləri polis şiddəti, fövqəladə vəziyyət, işsizlik, minimum əmək haqqının azaldılması, qida çatışmazlığı, ifadə azadlığının olmaması, korrupsiya halları, həyat səviyyəsinin aşağı olması idi. Bütün bu proseslər etirazlar zamanı incəsənətin özünü dirçəltməsinə və yeni fona girməsinə səbəb oldu. Sənət insanları da artıq susmur, etirazlara qoşulurdular. Onların arasında küçə teatr qrupları, yazıçı, reper, müğənni, aktyor və kinoşünaslardan başqa mövzumuzun əsas qəhrəmanları – küçə və qraffiti sənətçiləri də var idi. Onlar Misir cəmiyyətinin gələcəyə olan baxışını dəyişmək, fərqli düşüncələr və fikirlərə açıq olmasına öz sənətləri ilə təsir göstərəcəkdilər. Mübarək rejiminə qarşı başlayan etirazlarda qadınlar da kişilər kimi nümayişə çıxırdılar. Xüsusilə də 2011-ci il 25...

Evimin sədaları

Evim! Kürəyini divarlarına söykədikcə səni qızdıran, küləkdən, yağışdan, günəşdən sığındığın, sevdiklərinin şəkillərini düzdüyün, günəşin hər səhər pəncərədən şüaları ilə səninlə oynaşıb oyandırdığı məhrəm yer. Evim! Kürəklərini soyuq divarlarına dayadıqca ciyərlərini yandıran, nəfəsini içinə çəkdikcə tənhalığını dərindən andıran, gözlərini dəmir barmaqlıqlarından həsrətlə mavi səmaya zilləyib günəşdə doğmalarının simasını axtardığın yad məkan. Rüqəyya Kəbirinin İranın ən böyük həbsxanası olan “Evin”də həbs olunmuş gənc qadının həyatından bəhs edən “Evim” kitabını oxuduqca, evimin içində məni tənhalıq pərdəsi bürüyürdü. Səhifələrdən qadının iniltiləri, həsrəti, çəkdiyi zülm bütün bədənimə hopurdu. Bəzən də özümü onun yerində, zindanın tən ortasında, soyuq döşəmə üzərində çılpaq təsəvvür edirdim. Zindan! Torpaq üzərində mətin addımlarla ayaqlara vurulan qandalların məskəni! Zindan! Sərhədsiz ideyalarla yaradıcılığın tam ali zirvəsində susdurulan insan səsləri! Zindan! Köləliyə alışmamış azad ruhların boyunduruq altına salındığı qara zirzəmi! Və bu zirzəminin tam ortasında hələ ömrünün bahar çağlarında, yaşıl çəmənliklərdə sevgi çərpələnglərini uçurdacaq gənc bir qadın diz üstə çöküb. Müəllif əsərin qəhrəmanının bütün...

Əmrulla İsrafilov ilə müsahibə

Təsvir önəmlidir, yoxsa mesaj? Kitab bəzək üçün deyil, oxumaq üçündür. Tablo bəzən bəzək üçün olur. Amma ciddi rəsm əsəri informasiya ötürür. Belə rəsm əsərləri çox vaxt muzeylərdə, kolleksiyalarda saxlanılır. Əslində, rəssam öz cəmiyyətində, yaxud dünyada olan bir problemi həll edir. Yaradıcı insan daxil azadlığı necə əldə edə bilir? Rəssam öz dünyasından baxır deyə azaddır. Kütlənin dünyasından baxmır. O sərbəstdir. Amma özünə də bir sərhəd, bir çərçivə qoyur. Nəyə görə? Çünki, hər şeyin bir sərhədi var. İfrat yaratmasın deyə. Hər bir şeydə bir estetika olduğu kimi əxlaq da var. Belə bir fikir var ki, yaradıcılıqda sərhəd yoxdur. İnsan azadlığa doğru irəlilədikcə ola bilsin ki, o sərhədi keçir, o sərhəddi hiss etmir və ya onun üçün sərhəd yoxdur. Mən bir rəssamı deyəcəm – Pikasso. Dediyiniz sərhədi keçəndən sonra, tükənəndən sonra onun yaradıcılığı cığırından çıxdı. Başqa bir formaya düşdü. İşləyərkən yanınızda daha çox ağıl olur, yoxsa şüur? Ağıl ilkin versiyada istifadə olunur. Sahənin...

Mayaka doğru

“Balıqçı kədərləndi, – ucadan oxudu – getmək istəmirdi. Bu, düzgün deyildi. Amma başqa çıxış yolu yox idi, dənizə yollandı. Gördü ki, dənizin suyu artıq əvvəlki kimi yaşıl, şəffaf deyil, mavi, boz, tutqun rəngdədir, amma daha sakitdir. Balıqçı dedi…” Xanım Remzi bu məqamda ərinin ayaq saxlamamasına üstünlük verərdi. Axı demişdi, uşaqların kriket oynamalarına baxmağa gedəcək, gedəydi də. Amma cənab Remzi heç nə demədi, bir anlıq baxdı, başını razılıqla yellədi, gəzinməyə davam etdi. Qarşısında uzanan hasara – o hasar ki, neçə dəfə düşüncələrindəki tərəddüdlərə son qoymuş, bir nəticəyə gəlməyinə səbəb olmuşdu, arvadıyla oğluna, daş dibçəyin içindən aşıb-daşan qırmızı ətirşahlara, onların nəsə oxuyarkən tələsik qeydlər etdiyi kağız vərəqlərinə oxşayan yaşıl yarpaqlarına baxa-baxa fikrində hər il Şekspirin evinə baş çəkən amerikalı turistlərin sayı ilə bağlı “Times” jurnalında dərc olunmuş yazını çək-çevir eləyirdi. Şekspir heç doğulmamış olsaydı, dünya bugünkündən fərqlimi olardı, – öz-özünə sual verirdi. Sivilizasiyanın tərəqqisi böyük şəxsiyyətlərdən asılıdırmı? Fironlar dövründən bəri orta təbəqəyə...

Turan Manafzadə ilə müsahibə

Özünüzü daha çox dirijor, bəstəkar, yoxsa pianoçu hesab edirsiniz? Özümü tam olaraq musiqiçi hesab edirəm, buna hamısı daxildir. Amma dünyada qadın dirijorların sayı az olduğu üçün dirijorluğum digər musiqi bacarıqlarımdan bir az fərqlənir. Musiqidə əldə etdiyiniz uğurun arxasında nə dayanır: istedad, yoxsa zəhmət? Birinci, istedadlı olmalısınız ki, zəhmətlə onun üstünə nəsə inşa edə biləsiniz. Əlbəttə ki, istedadlı və praktik olmaq qısa zamanda böyük işlər görmək üçün köməklik edir. Orkestr rəhbəri olmaq necə bir duyğudur? Xarakterinizə və şəxsi həyatınıza necə təsir göstərir? Bu elə bir peşədir ki, gərək özünüzü bir çox sahədə inkişaf etdirəsiniz. Ümumiyyətlə, dirijor olmaq bir az psixoloq, diplomat, müəllim, dost və natiq olmaq deməkdir. Bunlar əvvəlcə insanın öz xarakterində olmalı və zamanla daha da irəliləməlidir. Dirijor çubuğu ilə öz həyatınızı idarə edə bilsəydiniz, nəyi dəyişərdiniz? İnsanlar həmişə dirijor çubuqlarımdan istəyirlər. Yəqin düşünürlər ki, bu çubuqlar sehrli və uğurludur. Ancaq mən heç nəyi dəyişmək istəməzdim. Əməkdaşlıq etmək istədiyiniz musiqiçilər...

Klara Debeljak ilə müsahibə

Bizə bir az özünüz haqqında danışın. Adım Klara Debeljakdır. 4 ildir ki, Praqada yaşayıram. Burada Liberal İncəsənət və Humanitar Elmlər fakültəsində təhsil alıram. Vizual incəsənətin vurğunuyam. Son 5 ildir, qraffiti və küçə sənəti ilə məşğulam. Gələcəkdə, animasiya və divar rəssamlığı sahələrində çalışmaq istəyirəm. Buna görə də hazırda portfoliomun üzərində işləyir, animasiya məktəblərinə müraciət edirəm. İri miqyasda divar rəsmləri hazırlamaqda maraqlıyam. Ümid edirəm ki, gələcək mənə bunları vəd edir. Bundan başqa, alternativ idarəetmə sistemləri ilə də maraqlanıram. Xaotik, distopik bir dünyada yaşadığımız üçün bacardığım qədər çalışıram ki, özümü bu istiqamətdə maarifləndirəm, bəşəriyyət və yer kürəsinin ehtiyaclarının qarşılanması üçün hansı alternativ imkanlar olduğunu araşdıram. Çox vaxt bu mövzular yaradıcılığımda da öz əksini tapır. İncəsənətlə nə vaxtdan məşğulsunuz? Vizual incəsənətlə həmişə maraqlanmışam. Sloveniyada incəsənət məktəbinə gedirdim. Orta ümumtəhsil məktəbi idi, ancaq rəsm, qravüra (red. çap qrafikası), incəsənət nəzəriyyəsi kimi əlavə fənlər də keçirdik. Daha sonra Charles Universitetində Liberal İncəsənət və Humanitar Elmlər fakültəsində...

Bakının gizli ev konsertləri

İlk dəfə 2009-cu ildə Londonda başlamış möhtəşəm musiqi hərəkatı – Sofar (Songs of a room) hazırda 45 ölkədə fəaliyyət göstərir. Evlərdə və ya bənzəri yerlərdə təşkil olunan konsertlərin məqsədi istedadlı musiqiçi və musiqi sevərləri bir yerə toplamaqdır. VEDAD ilə söhbət Ətrafımda müstəqil, güclü, ali təhsilli, karyera yönümlü rəfiqələrim çoxdur. Onlara baxıb ilhamlanıram. Azərbaycan cəmiyyəti üçün bu cür xanımların olması çox yaxşı bir haldır. Bu mahnım (red. Fireball) Azərbaycan qadınının təhsildə, biznesdə, elmdə öz yerini qoruyub saxlamaq və onu daha da genişləndirmək üçün mübarizə aparmasına bir çağırışdır. Bunun üçün nə kabluk, nə də makiyaj lazımdır. Çünki Azərbaycan qadını artıq “zavodskoy cool”dur. Forsdan dala qalmayın. Bu, çox vacibdir. “Fireball” olduğunuzu da unutmayın. ​  

...
totop