Culture – Səhifə 2 – Fors Media

Teatr

Bütün dünya bir teatr, ordakı qadın və kişilərin hamısı aktyordur. Amma oturduğum bu yer mənim gördüyüm illuziyadan başqa bir şey deyil. Bu dünyada yalnız biz artistlər gerçəyik. Bax, Rocerə cavabım da elə budur. Bütün insanlar bizim xammalımızdır. Biz onların həyatına məna verənlərik. Biz onların cılız, səfeh hisslərini götürüb sənət əsərinə çeviririk, ondan gözəllik yaradırıq. Onların bu həyatda təyinatı bizlərin özümüzü necə ifadə eləməyimizə şahid durmaq üçün tamaşaçı olmaqdan ibarətdir. Onlar bizim əllərimizdə dillənən musiqi aləti kimi bir şeydir. Əgər ifa edən olmayacaqsa, o alət kimə lazımdır? Culiya bu fikirdən xoşhallandı və bir neçə dəqiqə canındakı ovqatın ləzzətini yaşadı. Ağlı, düşüncəsi özünə heyrətamiz dərəcədə aydın görünürdü. “Rocer təkid eləyir ki, biz aktyorlar həyatda mövcud deyilik. Amma tam əksinə, mövcud olan elə bizik. Onlar sadəcə kölgədirlər və biz o heçliyə bədən geyindiririk. Biz həyat adlanan bu qaydasız, məqsədsiz mübarizənin rəmzləriyik. Və gerçək olan da elə rəmzlərdir. Deyirlər, oyun bir yalandır. Amma gerçək...

Ölsəm Bağışla

Heç fikirləşirsən, nə iş tutursan? Səninlə söhbətim var. Nə söhbət? Biz gərək bir yerdə olaq. Özün bilirsən ki, bu mümkün olan şey deyil. Gəl gedək Bakıdan. Hara? Kislovodskə. Kislovodskə niyə? Özün həmişə demirdin ki, Kislovodskdən yaxşı yer yoxdur? Yamyaşıl, havası təmiz. Dünyada da ən gözəl marojnası. Özün demirdin? Uşaq vaxtı adam çox söz deyir. Sən burda işə düzələ bilmirsən, Kislovodskdə neyləyəcəksən? Sən onun fikrini eləmə…  Gəl gedək. Hara gedək? Sən heç bilirsən nə danışırsan? Bəs mənim atam, anam? Onlar necə olsun? Bir də ki, belə iş tutsam, məni ölüncə bağışlamazlar. Bəs mən səni bağışlayaram?   Rasim Ocaqovun 1989-cu ildə lentə aldığı ekran əsəri II Dünya müharibəsi fonunda ədalət, sevgi və mübarizədən bəhs edir. Filmin baş qəhrəmanları Yusif (Fəxrəddin Manafov) ilə Gülyanın (Gülzar Qurbanova) sevgisinin arasına müharibə girir. Müharibə bitir, sağ qalanlar geri qayıdır, Yusifdən isə xəbər yoxdur. Müharibədən bir il sonra o geri dönür. Gec qalma səbəbi 9 may günü...

Mən. Sən . O

Mən   Deyə bilmədiyim sözlər var, Kor bıçaq kimi dirənib xirtdəyimə! Nə kəsmir ki, qaynar qanım düz üzünə, düz sözüylə fışqırsın, Nə də sapın tapmıram ki, düz əlimlə, düz qəlbimə batıraraq, Yavaş-yavaş, yığın-yığın, ağır-ağır topalanmış, azadlığa çıxmaq üçün çabalayan hər kəlməni, Bağıraraq, Ağlayaraq, Hıçqıraraq Oyum bir-bir Ovcuna qoyum bir-bir. Bu oyunda hesab 1-1! Kaş biləydin, nələr çəkir Məsum qəlbim öz əlimdən… Təslim olaq!   Sən Yuxuya getmədən on dəqiqə öncə, İsti yerindəcə qərar verəsən. Beyninin ən gözəl həssas vaxtında, Şirin yuxunun adama gəl deyən çağında, Gecənin qaranlığında bir cüt paltar götürüb çıxıb gedəsən. Açasan sabahını, İncitdiyin, İtirdiyin, Yenicə isindiyin, Söz verdiyin, Tutmadığın, Könlü qırılmasın deyə aldatdığın, Fikrində sevdiyin heç vaxt demədiyin, sevdiyini bilib heç vaxt bildirmədiklərindən… Uzaq bir yerdə. Günəşə salam deyib, Həyata davam edəsən. Həyat verəsən, Olduğun yerdən – görünmədən, bilinmədən İşıq sürətindən daha ötə, Günəş istisindən daha incə bir şey göndərəsən. Məsələn, Özünü! Hər kəsin qəlbində adını qoya...

Eliyar Alimirzoyev ilə müsahibə

  Yaradıcılığınızda diqqət çəkən məqamlardan biri “uçmaq sevdası”dır. Qanadlarınız olsaydı, varmaq istədiyiniz nöqtə hara olardı? Bütün yer kürəsi. Hara oldu. Əsas uçmaqdır. Hər hansısa axırıncı nöqtə yoxdur. Qadın təsviri olan əsərlərinizi nadir hallarda “qadın” deyə adlandırmısınız. Adlara necə qərar verirsiniz? Qadını təsvir edəndə konkret qadını göstərmirəm. Mənə vəziyyət maraqlıdır. İlham aldığınız qadın obrazları var, yoxsa həmin obrazları özünüz yaradırsınız? Yox, konkret şəxsi çəkmirəm. Hər rəssam qadın obrazı çəkəndə öz idealını çəkir. Çox nadir hallarda bilirəm ki, iş necə qurtaracaq. Əsər proses zamanı yaranır. Əsərin bitdiyini necə hiss edirsiniz? Çoxdan görmədiyiniz sevdiyiniz adamı görəndə necə ki, qəlbiniz sancıyır, bax o sancını hiss edəndə bilirəm ki, qurtarıb. Dünya rəssamlığından hansısa əsərin reproduksiyasını yaratmısınızmı? Arxamda gördüyünüz tablonu Böyük Piter Breygelin “Korlar haqqında hekayət” (red. De parabel der blinden) əsərindən ilhamlanaraq çəkmişəm.   Yaradıcılığınızı incəsənətin hansı qoluna aid edirsiniz? Deyə bilmərəm. Özüm də bilmirəm. “Müasir incəsənət” terminini xoşlamıram. İncəsənət müasir ola bilməz. İncəsənət ya...

Qəlblərin kraliçası

  Areta Franklinə “bütün zamanların ən yaxşı qadın ifaçılarından biri” adını vermək ona kifayət qədər dəyər verməməkdir, belə ki, Franklin gəlib keçmiş ən görkəmli sənətçilərdəndir. Onun sənəti və istedadı irq, cins, janr, coğrafi sərhədlər kimi məfhumları ötüb keçmişdir. O, hər bir janrın öhdəsindən gəlməyi bacarıb rok, opera, disko, qospel və təbii ki, soul janrının məharətli ifaçısı idi. Müğənni olmaqla yanaşı, istedadlı pianist və bəstəkar idi. Yaradıcı fəaliyyəti Amerikada mədəni dəyişikliklərin qaynayıb qarışdığı vaxta təsadüf etmişdi və Areta məhz bu transformasiyanın bir növ rəmzinə çevrilmişdi. Qadınların bərabər hüquqları və qaradərililərin hüquqlarının müdafiəçisi kimi çıxış edərək Areta öz nəslinin nümayəndələrini digər ifaçılardan fərqli olaraq daha qabarıq və dolğun şəkildə ifadə etməyə nail olmuşdu. Areta Franklin Tennessi ştatının Memfis şəhərində ziyalı ailəsində anadan olub. Atası kilsə rahibi idi, onun başçılığı ilə keçirilən tədbirlərdə qospel musiqisi xüsusi yer alırdı və kiçik Areta da öz ilkin musiqi istedadını məhz Detroitdəki Baptist kilsəsində göstərməyə müvəffəq olmuşdu....

DədəBaba ilə müsahibə

Dədə kimdir, Baba kimdir? ƏLİ: Dədə Orxandır, baba mən. Laçın da bizim balamız. ORXAN: Fərqi yoxdur. Mən dədə, Əli baba və ya əksinə. Musiqidən imtina etsəydiniz, hansı sahədə yaradıcı olardınız? ƏLİ: Yəqin ki, toxuyardım. Şərf toxuyardım. ORXAN: Yaxşı konsert təşkilatçısı olardım. Aşpaz da ola bilərdim. LAÇIN: Əkinçi olardım. Musiqiçi kimi bir-birinizi əvəz edə bilərsiniz? ƏLİ: Qəliz məsələdir. Mən 1-2 dəfə bas gitarada ifa etmişəm. Çətindir. ORXAN: Mən gitarada ifa edə bilərəm, hətta edirəm. Solo yox, ancaq ritmləri. Baraban heç. Mənim üçün meşədir. Başqa hansı musiqi alətlərində ifa edə bilirsiniz? ORXAN: Harmonika ƏLİ: Zərb alətləri Təsəvvür edin ki, hansısa bir konsertdəsiniz. Musiqi qrupunun bir üzvü konsertdə iştirak edə bilmir. Sizdən həmin ifaçını əvəz etməyi istəyirlər. Hansı musiqi qrupunu xəyal etdiniz? ƏLİ: Doors, ya da Red Hot Chili Peppers. ORXAN: Beatles. Paul McCartney. Amma o solaxaydır. Green Day də ola bilər. LAÇIN: King Crimson qrupu. Robert Frippin yerində olmaq istərdim.

...

Fransız Yeni Dalğasının Nənəsi

Fransız rejissor Anyes Varda (Agnès Varda) 1928-ci il mayın 30-da Belçikada anadan olub. Yaradıcı illərinin çoxunu Fransada keçirən Anyesin film, foto və instalyasiya əsərlərinin ana xəttini sənədli realizm, feminist məsələlər və eksperimental tərzi ilə seçilən sosial şərhlər təşkil edir. Kino tarixçiləri Anyesin işlərini 1950-ci illərdə Fransa kinematoqrafiyasında başlayan Yeni Dalğa hərəkatının mərkəzi nöqtəsi hesab edirlər. Filmlərinin baş qəhrəmanı adətən cəmiyyət tərəfindən təcrid olunmuş qadınlar olan Vardanın işləri feminist hesab olunur. Anyesin ilham qaynağı bədii və ədəbi ünsürlərdir: sürrealizm, Frans Kafka, Natali Sarrot. Anyes Varda Qızıl Palma Budağı (Palme d’or) fəxri mükafatına (24 may 2015-ci il) və kinematoqrafiyada böyük nailiyyətlərinə görə fəxri Oskar mükafatına (11 noyabr 2017-ci il) layiq görülən ilk qadın rejissordur. “Yumor elə güclü silah və cavabdır ki. Qadınlar özləri haqqında zarafat etməli, özlərinə gülməyi bacarmalıdır, çünki itirəcəkləri heç nə yoxdur”. “Həyatda ehtiyacımız olan cəmi 3 şey var: kompüter, kamera və pişik”. “Kino məktəbinə getməmişəm. Heç vaxt hər hansısa...

Səhra çiçəyi

6 fevral bütün dünyada “Qadın sünnətinə yox” günü kimi qeyd olunur. Qadın sünnəti klitorisin kəsilməsi ilə icra olunur. Məqsəd qadında cinsi zövq orqanı olan klitorisi korlayaraq bəkarəti qorumaq, qadının cinsi duyğularına maneə törətməkdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqlamasına görə hər il əksəriyyəti Afrika və Orta Şərq ölkələrindən olmaqla, dünyada 3 milyon qadın sünnət edilir. Qadın sünnətinin bir sıra tibbi risk faktorları var: • Qanaxma • Cərrahi zədə • Ağrı və ya qanaxma ilə əlaqəli şok • İnfeksiya • İİV (İnsanın İmmunçatışmazlığı Virusu) və digər viruslara yoluxma • Sonsuzluq • Doğuş zamanı uşaq ölümü • Ölüm   QADIN SÜNNƏTİ AĞRILI VƏ TƏHLÜKƏLİ PROSES OLMAQLA YANAŞI, İNSAN HÜQUQLARININ POZULMASI AKTIDIR!   “… Hər iki həyatı – sadə və sürətli həyatı yaşadığım üçün məmnunam. Lakin Afrikada boya-başa çatmasaydım, bilmirəm, sadə həyat tərzindən bu qədər həzz ala biləcəkdim, ya yox. Somalidəki uşaqlığım mənim şəxsiyyətimi ömürlük formalaşdırıb, bir çox insanın gözlərini kor edən şöhrət və...

Sən, ey uşaqlıq…

Yəqin ki, hamımız yeniyetmə olduğumuz vaxtları xatırlayırıq. Xüsusilə də yeniyetmə çağlarının gətirdiyi coşqunluğu və bəzən də məyusluğu. Hər bir yeniyetmə yaşadığı problemin yalnız ona məxsus olduğunu düşünür və problem üçün həll yolu da daima eyni deyildir. 1985-ci ildə Con Hyuz tərəfindən lentə alınmış bu film yaşadıqlarının fərqli olduqlarını düşünən, lakin tədricən bir çox ortaq cəhətlərinin olduğunun fərqinə varan beş yeniyetmə haqqındadır. Film 80-ci illərin yeniyetmə ruhunu, sosial mühitini və problemlərini ən mahir şəkildə əks etdirir. Sadə, yumoristik və dramatik məqamlar ilə zəngin olan ssenari sizi bir anlıq yeniyetmə illərinə aparacaq, o illərin fərəhli və eyni zamanda acı anlarını filmin qəhrəmanlarının timsalında göz önünə gətirəcəkdir.   Film 2008-ci ildə əslən Ueylsdən olan yazıçı Cou Dansroun tərəfindən qələmə alınmış eyni adlı roman əsasında ərsəyə gəlmişdir. Hadisələr izləyiciyə 15 yaşlı əsas qəhrəman Oliver Teytin dili ilə çatdırılır. Oliver hər bir yeniyetmə kimi romantik meylləri olan, monoton məktəb həyatı əzabı ilə yaşayan və yeni...

totop