Fashion – Fors Media

Şəfiqə Bağırova ilə müsahibə

“Baghiri” brendinin yaranmasına necə təşəbbüs etdiniz? Ümumi fəaliyyətimizin noyabrda 4 ili tamam oldu. Lakin 1 ildən az bir müddətdir ki, rebrending etmişəm və “Baghiri” ərsəyə gəlib. Rebrending etməyə məni daha çox rəfiqəm və fotoqrafım Fatimə təşviq etdi. Yenidən formalaşdırıb “Baghiri”ni təqdim edən zaman anamın da fikirləri çox vacib idi mənim üçün. Azərbaycanda əl işlərinə maraq necədir? Alıcılıq qabiliyyəti sizi qane edirmi? Sevindirici haldır ki, son illər əl işlərinə maraq kifayət qədər artıb. Ancaq təəssüf ki, insanların bir çoxuna görə məhsulun yerli istehsal və əl işi olması onun dəyəri ilə yalnış əlaqələndirilir. Belə ki, onlar kütləvi mağazalarda satılan fabrik məhsulları ilə qiymət müqayisəsi apararaq, “bahadır” qənaətinə gəlirlər. Ancaq hamıya məlumdur ki, həmin mağazalarda üzərinə “handmade” etiketi vurulmuş məhsulların qiyməti digərlərindən bir neçə dəfə yüksək qiymətdə satışa çıxarılır. Nəzərə alsaq ki, əl işlərinin əksəriyyətinin satışı online olaraq həyata keçirilir, alıcılıq qabiliyyəti bu səbəbdən dolayı aşağı düşür. Sosial şəbəkələrin mövcudluğu kiçik sahibkarlıqla məşğul...

Önemli olan İçinde götürdüklerin

Öz tərzinizi necə ifadə edərdiniz?Feminin, innovativ, eksperimental, azadlıq tərəfdarı və qayda-qanunsuz. “O olmadan evdən çıxmaram” dediyiniz üç şey nədir?Ətirim, krepe (naços) darağım və telefonum. Bir qadının heç vaxt geyməməli olduğu nələr vardır?Legginsi qısa köynəklə geyməməli, pedikürsüz ayaqlarla açıq ayaqqabı geyməməli. Ahəngsizliyin ahəngi barədə nə deyə bilərsiniz?Ahəngsizliyin ahəngi əslində bütün əsas qayda və qanunları əzbərləmiş innovativ və uzaqgörən, üzərinə yeni bir şey əlavə etməkdən çəkinməyən, qısası, bütün normaları oxuyub əzbərləmiş birinin etməli olduğu bir şeydir. 2018 modasının da göstərdiyi tam olaraq budur. Bütün dövrlərdə geyilmiş nüansları hazır geyimdə görürük. Əslində indiki dövr modasının xüsusi simvolu yoxdur. Həmin simvolu geyinən adam təyin edir. Burada ən önəmli mövzu yaratdığınız üslubdur (styling). Yəni ahəngsizlik modasını ev şəraitində yoxlamaq təhlükəli ola bilər Qısası, bu, hər kişinin işi deyil. Vintaj modaya olan sevginiz necə başladı? Mən də keçid dövrümdə hər cür tərzi yoxlamış, təcrübə və yanılmalar yaşamış biriyəm. Təbii ki, uşaqlığımdan bəri vintaj geyinirəm deyə bilmərəm,...

Hamiləlikdə dəb

Həyəcan, sevinc, qorxu, narahatlıq, fəxr – bu qədər fərqli hissləri qadınlar bəlkə də yalnız hamiləlik dövründə yaşayırlar. Biz hər zaman gözəl görünmək istəyirik, bütün işlərimizin tərs getdiyi bərbad bir günümüzdə belə. Bəs hamiləlik zamanı hər səhər yaşadığımız “bugün nə geyinim?” tərəddüdümüz bitir? Əlbəttə, xeyr! Davam edir, daha kəskin, daha ciddi! Bədən ölçülərimiz dəyişir, səhhətimiz qeyri-stabil, əhvalımız isə dəyişkən olur. Bəs hamiləlikdə həm rahat, həm də tərzli geyinmək üçün nə etməliyik? Mən ötən il geridə qoyduğum ilk hamiləlik marafonumdan bir neçə dərs çıxarmışam. Təcrübəmdən qaynaqlanaraq sizinlə hamiləlikdə necə geyinməliyik mövzusunda bir neçə qızıl qaydanı paylaşmaq istəyirəm. İlk öncə “hamilə geyimi” ifadəsini unudun. Sırf hamilələr üçün nəzərdə tutulmuş geyimlər çox nadir hallarda tərzli və dəbli olur, çünki onlar sadəcə bizim qarnımızın ölçüsünə uyğun tikilir. Digər nüanslar isə unudulur. Odur ki, hər zaman geyindiyiniz mağazalara üstünlük verin. Bol biçimli və ya öz ölçünüzdən bir neçə böyük ölçülü geyimləri yoxlayın. Bəzən sevimli mağazanızın vitrinində...

Bu payız və qış mövsümündə nə geyinməli?

Qarderobumuzda növbəti dəyişiklik etmək vaxtı demək olar ki gəlib çatıb. Xanımlar artıq payız-qış alışverişlərini etməyə hazırlaşırlar. 2018-ci ilin payız-qış mövzümü trendlərini araşdırıb onları sizin diqqətinizə çatdırmaqla edəcəyiniz seçimlərdə azacıqda olsa sizə yardımçı olmaq istərdim. Hər şeydən öncə qeyd edim ki, bəzi geyimlər illər keçsə belə öz fəslinin dəbi olaraq qalmaqda davam edir. Bura heç şübhəsiz dizə və ya topuğa qədər olan paltolar, hər il bir az daha böyük ölçüdə bizə təqdim edilən balonkalar, uzun çəkmələr, kürklər və trapes şalvarlar daxildir. Burbery markasının moda dünyasına ərmağan etdiyi ekose olaraq tanıdığımız parçalardan hazırlanan üst geyimləri, uzun şalvar və ya yupkalar modelyerlərin bu il də kolleksiyalarının əsas hissəsidir. Lakin bu il tünd rəngli ekoselərdən daha çox açıq sarı, xardal və yaşıl rəngli ekoselərə üstünlük verilir. Bu il üçün ən çox nəzərə çarpan detallardan biri kimi papaqlarla birgə örtük kimi istifadə olunan şallardır. Gucci, Balenciaga, Alexander Wang, Calvin Klein ve Versace kimi məşhur brendlərin...

Uşaqlar dizayn edərlərsə

25 avqust Fors Medianın “Kids Fashion Design” adlı layihəsinin dəb nümayişi keçirildi. Layihə zamanı 3 azyaşlı uşaq tərəfindən çəkilən moda eskizləri əsasında geyimlər tikildi. Həmin geyimlərdən ibarət təşkil olunan dəb şousuna uşaqların ailə üzvləri, gənc dizaynerlər və Fors komandasının könüllüləri qatıldı. “Kids Fashion Design” adlı layihənin keçirilməsində məqsəd uşaq yaradıcılığına dəstək olmaq, uşaqlarda özünü-ifadə və özünü-təqdimat bacarıqlarını inkişaf etdirməkdir. Tədbir zamanı uşaqların hazırladıqları geyimlər rəng harmoniyası, fantaziya və yaradıcılıq baxımından gələn qonaqların təəccübünə səbəb oldu. Tədbirin sonunda uşaqlara dizayn etdikləri geyimlərin arxasında dayanan ideya haqqında danışmaq imkanı verildi.

...

80’s fashion

Dəbin ən aktual, ən zəngin illəri kimi qeyd olunur 80-ci illər. Moda tarixində 80-ci ilin digər xüsusi tərəfi forma, biçim və rənglərin bu dövrümüzə qədər aktual qalmağıdır. Məsələn, 40-cı illərdə geyimlərin sadə olmağı birbaşa müharibələrlə əlaqələndirilirdi. 50-ci illərdə qadınların hələ də korsetlərdən istifadə etməsinin səbəbi bir növ “özlərini bəyəndirmə” düşüncəsi idi. 60-cı illər artıq yavaş-yavaş azadlıq illəri adlandırılmağa başlandı. Alt geyimlərini yandırma aksiyalarından sonra rahatlıq tərzi dəbə gəldi. 70-ci illər eyni bu tərzdə davam etsə də 80-ci illər modanın alt-üst olduğu bir il kimi öz damğasını vurdu. Hətta bu illərin ikici adı dekadans (çöküş) adlandırılırdı. Bu illər ərzində xüsusilə Avropada pank üslubu geniş yayılmağa başlayır. Rəngli saçlar, dəri şalvarlar və qotik makiyajlarla gənclər dünyaya meydan oxuyurdular.

...

Modelyer Turan Kərimbəyli ilə müsahibə

ÖZ TƏRZİNİZİ BİR NEÇƏ SÖZLƏ NECƏ İFADƏ EDƏRDİNİZ? Təbiətcə sürrealistəm. Ona görə də müəllifi olduğum kolleksiyada sürrealizm geniş yer alır. Müştərilərimə gəldikdə isə “Turanfashion – Made in Azerbaijan” etiketi olan geyim hər şeydən əvvəl peşəkar kəsim və tikişə malikdir. QARDEROBUNUZUN “OLMAZSA OLMAZI” NƏDİR? Şəxsi qarderobumda daha çox aksessuarlara – yaxa və saç sancağı, üzük və bantlara üstünlük verirəm. Müxtəlif cür aksessuarlardan istifadə etməklə asan-lıqla bir geyimin xarakterini dəyişmək mümkündür. MÜƏLLİFİ OLDUĞUNUZ BƏZİ GEYİMLƏRDƏ RƏSM ƏSƏRLƏRİNDƏN ELEMENTLƏR DƏ ÖZ ƏKSİNİ TAPIB. MƏSƏLƏN, MƏŞHUR İTALYAN RƏSSAM MODİLYANİNİN “DEDİE HAYDENİN PORTRETİ”. İLHAM ALDIĞINIZ RƏSSAMLAR KİMLƏRDİR? Özüm də rəssamam. İncəsənətə aid hər şeyin vurğunuyam. Bəzi rəssamlar var, mənə xüsusilə ilham verir, məndə daima yeni ideyalar yaradır. Modilyani, Frida, Pikasso… Bu siyahı sonsuzdur. Elə dizaynerlər də var, onları təkrarlamağa belə cəsarətim olur, məsələn, Skiaparelli. Mənə görə, o, bir məktəb, tükənməz zövq, zəriflik və dəbdəbə axınıdır. MODA SAHƏSİNDƏ KARYERA QURMAĞA NƏ VAXT VƏ NECƏ QƏRAR VERDİNİZ?...

totop