Health – Fors Media

OYUN – OYUNCAQ

Oyun və oyuncaqlar uşaqlıq dövrünün əvəzedilməz parçasıdır. Onlar uşağın ətraf aləmi tanıması, sərbəstləşməsi, yaşıdları ilə asan ünsiyyət qurması üçün vacibdir. Uşağın oyuncaqla keçirdiyi vaxt əyləncəli, zövqlü, öyrədici olmalı, ona ilham verməli, yeni fikirlər qazandırmalı, pozitiv hisslərlə yükləməlidir. Oyuncaqlar uşaqların fiziki, zehni, sosio-psixoloji inkişafına öz təsirini göstərir. Bu gün evlərimizə, uşaqlarımızın otağına girən oyuncaqlar nə qədər məsumdur? Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün oyuncaq sektorunda rəğbət görən oyuncaqların əksəriyyəti zərərli və təhlükəlidir. Tərkibində qurğuşun, PVC (polivinilxlorid), BPA (bisfenol A), fitalat kimi təhlükəli kimyəvi maddələr olan oyuncaqları öz əllərimizlə evlərimizə gətirir, illərlə uşaqlarımızla birlikdə saxlayırıq. Bu maddələr zamanla uşaqlarda astma, allergiya, dəridə eroziyalar törədir, cinsi sistemə zərər vurur (PVC), piylənmə, diqqət dağınıqlığı, erkən cinsi yetişkənlik kimi fəsadlara yol açır (BPA), kanserogen təsir göstərir (fitalat), zəhərləyir (qurğuşun), endokrin sistemini zədələyir, hormonal inkişafı pozur və böyrəklərə zərər vurur (plastiklər). Səs yazıları, əlçatan batareyalar, iplər, kiçik, asanlıqla qopa bilən hissəciklər, avtomatik yığılıb açılan...

Surroqat Analıq

Bəzi qadınlar hamilə qalmaqda heç bir çətinlik çəkmədiyi halda, bəziləri bu yolda çox əngəllərlə qarşılaşırlar. Cütlüklərin böyük hissəsi “hamilə qalmaq alınmırsa, nə etməliyik?” sualıyla bizə müraciət edir. Əgər hamiləliyin planlaşdırılmasının bir neçə ayı uğursuz olubsa, panik vəziyyət yaratmamaq lazımdır. Həkimlər bildirir ki, əksər cütlüklərdə hamiləlik planlaşdırılan ilk bir il ərzində baş verir. Əgər bir il sonra hamiləlik baş vermirsə, artıq mütəxəssisə müraciət etmək lazımdır. Həkim isə ilk öncə bir neçə vacib analizin verilməsini istəyəcəkdir. Ən önəmlisi, hamiləliyin baş verməmə səbəbini tapmaqdır, daha sonra isə həmin problemin tərzinə uyğun müalicə taktikası seçilməlidir.Hal-hazırda sonsuzluqla bağlı bir neçə müalicə üsulları var: endokrinoloji sonsuzluq zamanı hormonal preparatlarla yumurtalıqların stimulyasiyası, endokrinoloji və kişi faktoru birləşdiyi zaman və ya səbəbi bilinməyən sonsuzluq zamanı rəhmdaxili aşılama, boru problemləri, endometrioz, kişi sonsuzluğu və ya səbəbi bilinməyən sonsuzluq zamanı ekstrakorporal mayalandırma (EKM – qadının orqanizmindən kənarda mayalandırma). Sonsuzluğun öhdəsindən gəlməyin digər bir yolu da surroqat analıq metodikasıdır. Bu halda,...

Vaginizm nədir?

Cinsi əlaqə zamanı vaginanın üçdə bir qismini əhatə edən əzələlərdə təkrarlanan qeyri-ixtiyari sıxılmaların yaranması və bu zaman ağrı qorxusu, təşvişin baş verməsi vaginizm adlanır. Bu sıxılmalar qadının öz istəyi ilə yaranmadığı kimi qadın istəyərək onu dayandıra da bilməz. Bunlar tamamilə iradə və kontrol xaricində baş verən hadisələrdir. Qadın nə zaman həkimə müraciət etməlidir? Vaginizm simptomlarını bu şəkildə sıralaya bilərik: Cinsi əlaqə zamanı vaginanın üçdə bir hissəsi də daxil olmaqla bədənin müxtəlif nahiyələrində, hətta bəzən bütün bədənin, həmçinin ayaqların sıxılması, titrəmə, çırpıntı, tərləmə, ürəkbulanması, qusma, ağırlaşma hissi və ağlama müşayiət edilə bilər. 2. Vaginadakı sıxılma bir çox qadında penetrasiyaya (cinsi birləşmə) imkan vermir. 3. Daha az sayda xəstədə isə məcburi penetrasiya ola bilir, ancaq cinsi əlaqə ağrılı olaraq davam edir. Bütün bunlarla üzləşən cütlük növbəti cəhdlərdə bir irəliləyiş görmürsə və ya əvvəllər yalnız penetrasiya zamanı yaşanılan sıxıntı, indi ümumiyyətlə cinsi əlaqə zamanı da müşahidə edilirsə, vaxt itirmədən professional dəstək almalıdır. İtirilən...

Yeniyetmə oğlanlarda cinsi sağlamlıq

YETKİNLİK YAŞINA ÇATMIŞ OĞLANLARDA HANSI FİZİOLOJİ DƏYİŞİKLİKLƏR BAŞ VERİR? Kişilərdə yetkinliyin ilk əlaməti xayaların böyüməyə başlamasıdır. Bu təxmini 12 yaşında meydana gəlir. Xaya həcminin 4-5 ml-ə çatması ilə artıq kişilik hormonu olan testosteron öz təsirini göstərməyə başlayır və bədəndə bir sıra fizioloji-psixoloji dəyişiklilər ortaya çıxır: qoltuqaltı nahiyənin və qasığın tüklənməsi, boy artımı, səsin qalınlaşması, əzələlərin inkişafı və s. Yeniyetməlik dövründə ən mühüm dəyişikliklərdən biri də fiziki inkişafla yanaşı, cinsi yetişkənliyin baş verməsidir.   YENİYETMƏLƏRİN ÜZLƏŞDİKLƏRİ ƏSAS UROLOJİ/ANDROLOJİ PROBLEMLƏR HANSILARDIR? Yeniyetmənin cinsi-fiziki inkişafının vaxtında nəvvəl başlaması və ya cinsi inkişafdan geri qalması baş verə bilər. Cinsiyyət orqanının böyüməsi ilə əlaqədər gecikmələr, cinsiyyət orqanı və xayaların kiçik olması, xayaların bir və ya hər ikisinin xaya kisəsində olmaması, xayanın damar genişlənməsi olan varikoselenin varlığı ən başlıca problemlərdir. Cinsi inkişafın ləng getdiyi hər bir halda uşaq müayinə edilməli və bu ləngimənin səbəbi müəyyən edilməlidir.   YENİYETMƏ OĞLANLARIN CİNSİ SAĞLAMLIQLARI İLƏ BAĞLI VALİDEYNLƏR NƏYİ BİLMƏLİDİRLƏR? Uşağınızın...

MENSTRUASİYA HAQQINDA KİŞİLƏR NƏYİ BİLMƏLİDİRLƏR?

MENSTRUASİYA HAQQINDA KİŞİLƏR NƏYİ BİLMƏLİDİRLƏR? Aybaşı və ya menstruasiya uşaqlığın daxili qatı olan endometriumun xaric olmasıdır. Bu proses uşaqlıq boşluğundan əksər hissəsi qan olan menstrual mayenin axması ilə müşayiət olunur. Qadınların müəyyən qismi aybaşı zamanı qarının aşağısında ağrı, süd vəzilərinin ağrılı və həssas olması, ümumi halsızlıq kimi bir sıra xoşagəlməz hissiyyatlar yaşaya bilərlər. Bu simptomlar əsasən orqanizmdə olan hormonal dəyişikliklərə bağlı olub normal fizioloji hal sayıla  bilər.   Qızlarda aybaşı 11-14 yaş arasında, bəzilərində isə bir qədər ləngiyərək 15-16 yaşlarında başlayır.  Menstruasiya təxmi- ni olaraq 2-7 gün davam edərək, 30 (±7) gündən bir, yəni ayda bir dəfə təkrarlanır. Aybaşı müddətində cinsi əlaqə tövsiyə edilmir. Reproduktiv yaşda olan qadında  menstruasiyanın olmaması ilk növbədə hamiləlik göstəricisi ola bilər. Belə ki, hamiləlik zamanı qadının orqanizmində döl inkişaf edir və artıq bu müddətdə yeni yumurtahüceyrə inkişaf etmir. Daha sonra isə südvermə dövründə müəyyən müddət qadınlarda aybaşı olmaya bilər. Hər iki dövrdə menstruasiyanın olmaması təkrar hamiləliyin baş...

İntihar – müalicə olunmayan ağır depressiyanın nəticəsidir!

Azərbaycanda ilk dəfə Reproduktiv Sağlamlıq Mərkəzində sonsuzluq diaqnozundan müalicə alan cütlüklərə psixoterapiya yardımı sistemini quran Şəbnəm Sadıqova psixoterapevt və cinsi terapist kimi fəaliyyət göstərir. O, həmçinin ölkəmizdə ilk dəfə “online psixoterapiya” sistemini yaratmışdır. Artıq 3 ildən çoxdur ki, ölkənin bir çox bölgələrində və xarici ölkələrdə yaşayan insanlar bu imkandan yararlanırlar. Şəbnəm Sadıqova hal-hazırda bir sıra problemlərin – cinsi disfunksiyalar, postpartum (doğuş sonrası) depressiya, obsessiv-kompulsiv pozuntu və s. psixoterapiyası ilə məşğuldur.   Yetkinlik yaşına çatmış oğlan və qızlarda (13-19 yaş) ən çox müşahidə olunan psixoloji və davranış dəyişiklikləri hansılardır? Bu, fərdin fizioloji inkişafının ən çox gözə çarpdığı dövrdür. Bu zaman kəsiyində şəxsin dəyərləri, mühakimələri, ideoloji meylləri də dəyişir. Təbii olaraq, bu dəyişiklik şəxsin davranışlarında özünü göstərməyə başlayır. Məktəb yaşına qədərki dövrdə uşaq idealı kimi həmcinsi olan valideyni götürürsə, yeniyetməlik və sonrakı keçid dövrlərində rolları seçmə şansı olur. Müşahidə əhatəsi genişlənir. Öz inkişaf edən mənliyini, şəxsiyyətini daha da zənginləşdirmək şansı qazanır. Şəxsin...

totop