Photo – Fors Media

Önemli olan İçinde götürdüklerin

Öz tərzinizi necə ifadə edərdiniz?Feminin, innovativ, eksperimental, azadlıq tərəfdarı və qayda-qanunsuz. “O olmadan evdən çıxmaram” dediyiniz üç şey nədir?Ətirim, krepe (naços) darağım və telefonum. Bir qadının heç vaxt geyməməli olduğu nələr vardır?Legginsi qısa köynəklə geyməməli, pedikürsüz ayaqlarla açıq ayaqqabı geyməməli. Ahəngsizliyin ahəngi barədə nə deyə bilərsiniz?Ahəngsizliyin ahəngi əslində bütün əsas qayda və qanunları əzbərləmiş innovativ və uzaqgörən, üzərinə yeni bir şey əlavə etməkdən çəkinməyən, qısası, bütün normaları oxuyub əzbərləmiş birinin etməli olduğu bir şeydir. 2018 modasının da göstərdiyi tam olaraq budur. Bütün dövrlərdə geyilmiş nüansları hazır geyimdə görürük. Əslində indiki dövr modasının xüsusi simvolu yoxdur. Həmin simvolu geyinən adam təyin edir. Burada ən önəmli mövzu yaratdığınız üslubdur (styling). Yəni ahəngsizlik modasını ev şəraitində yoxlamaq təhlükəli ola bilər Qısası, bu, hər kişinin işi deyil. Vintaj modaya olan sevginiz necə başladı? Mən də keçid dövrümdə hər cür tərzi yoxlamış, təcrübə və yanılmalar yaşamış biriyəm. Təbii ki, uşaqlığımdan bəri vintaj geyinirəm deyə bilmərəm,...

Uşaqlar dizayn edərlərsə

25 avqust Fors Medianın “Kids Fashion Design” adlı layihəsinin dəb nümayişi keçirildi. Layihə zamanı 3 azyaşlı uşaq tərəfindən çəkilən moda eskizləri əsasında geyimlər tikildi. Həmin geyimlərdən ibarət təşkil olunan dəb şousuna uşaqların ailə üzvləri, gənc dizaynerlər və Fors komandasının könüllüləri qatıldı. “Kids Fashion Design” adlı layihənin keçirilməsində məqsəd uşaq yaradıcılığına dəstək olmaq, uşaqlarda özünü-ifadə və özünü-təqdimat bacarıqlarını inkişaf etdirməkdir. Tədbir zamanı uşaqların hazırladıqları geyimlər rəng harmoniyası, fantaziya və yaradıcılıq baxımından gələn qonaqların təəccübünə səbəb oldu. Tədbirin sonunda uşaqlara dizayn etdikləri geyimlərin arxasında dayanan ideya haqqında danışmaq imkanı verildi.

...

Milan

Ən yaxın rəfiqələrimdən biri Milanda yaşadığı üçün məzuniyyətdə hara getmək barədə elə də çox fikirləşmədim. Bir sıra kiçik italyan şəhərlərindən fərqli olaraq, burada memarlıq daha monumental və soyuqdur, gözəl geyinmiş insanlar daim harasa tələsir və dizayn, dəb böyük bir biznesə çevrilib. Milan əsl meqapolis həyatını sevənlərin məskənidir. O, lüks dəb və dizayn studioları, ətrafında gənclərin oturub şərab içdiyi kanallar, Da Vinçinin “Sonuncu Şam Yeməyi” kimi klassik əsərlər, adlı-sanlı ailələrin müasir incəsənət fondları, qraffiti ilə örtülü tunellər, yaşıllıqlar, göydələnlər və memarlıq şəhəridir. Ənənəvi turist marşrutları bitirdikdən sonra şəhər bir qədər boz görünə bilər. Amma əsl həyat qaynayan yerlər yarı qaranlıq küçələr və dəmir yolları arxasında gizlənmiş də ola bilər. Ona görə yerlilərin və ya alternativ səyahət bələdçilərinin məsləhətlərinə diqqət yetirmək bu səfərdən mümkün qədər çox həzz almağa kömək edər. İsola İsola Milanın son zamanlar ən çox populyarlaşan rayonlarından biridir və əslində “ada” deməkdir. Həqiqətən də, bir tərəfdən göydələnlər, o biri tərəfdən...

Tere, Tere, Tulemast!

Tallin məni təxminən dörd il əvvəl, avqustun 22-də, bizim dillə desək, yayın cırhacırında sərin və eyni zamanda güclü yağış ilə qarşıladı. Əslində, bu yağış mənə heç təəccüblü gəlmədi, çünki ölkənin hava şəraitini yaxşıca araşdırmış, yağışlı, qar və çovğunlu taleyimlə barışmışdım. Hava limanında məni mübadilə proqramı üzrə tyutorum təyin olunmuş Liina qarşıladı. Normalda hava limanında insanların bir-birini axtarıb tapması müşkül məsələdir, lakin Tallin hava limanı hər şeyin rahat tapıldığı və dünyanın ən praktik aeroportu olduğu üçün Liina məni düz dediyim yerdə və saatda qarşıladı. Bu eston dəqiqliyi məni hədsiz dərəcədə sevindirmiş, eyni zamanda dəqiqlik məsələsində hələ də geridə olduğumuzu kəşf etdiyim üçün biraz da məyus etmişdi.   Estoniyaya səfərim Erasmus Mundus proqramı ilə Tallin Universitetində bir illik akademik mübadilə proqramına qəbul olmağım ilə başladı. Universitetə müraciət etməzdən əvvəl bir sıra ölkələri araşdırmışdım və düzünü desəm, Estoniya bir Azərbaycanlı olaraq mənə daha eqzotik bir variant kimi görünmüşdü. Günəşli cənub ölkəsi vətəndaşının çovğunlu...

Buyurun!

İstanbula iki dəfə səyahət etmişəm. İlk səfərimdə İstanbulu çox bəyənməsəmdə ikinci səfərimdə bu şəhəri  çox sevdim. İlk səfərimdə bəyənməməyimin səbəbini dəqiq bilmirəm amma güman edirəm ki,  ruh halı ilə yanaşı  səyahət planın da təsiri var. Taksimdən başlamağı məsləhət görmürəm çünki bura çox dinamikdir və sizdə gərginlik yarada bilər və yorula bilərsiniz. İstanbulun ruhunu hiss etmək üçün gəzintiyə SultanAhmet meydanından başlamağı məsləhət görərdim. Sultanahmet meydanından hansı görməli yerlərə gedə bilərsiniz:*Aya Sofya muzeyi (Hagia Sophia Museum)*Göy Məçid və digərləri (Blue mosque)*Yerəbatan Sarıncı (Basilica Cistern) Aya Sofya muzeyi (Hagia Sophia Museum) bizans dövrünə aiddir. Kilsə məqsədli tikilsə də Osmanlıların İstanbulu fəthi zamanaı məçidə çevrilib. Hal hazırda daha çox məçid arxitekturasındadır. Atatürkün qərarından sonra muzey kimi fəaliyyət göstərir. Yerəbatan Sarıncı (Basilica Cistern). Yerəbatan Sarnıcı Bizans vaxtında tikilən böyük yeraltı su anbarıdır. Yerdəki suda balıqlar üzür. Tavandan damcılayan sular yerə töküldükcə maraqlı səslər yaranır. Yüksək sütunları olan bu böyük su anbarında özünüzü fantastik filmlərdəki kimi...

totop