Stories – Fors Media

Vəfa Kahraman ilə müsahibə

Dağçılıqla nə vaxtdan məşğul olursunuz? Üç il öncə iş yoldaşlarım Heydər zirvəsinə getmişdilər. Onların səfər təəssüratlarını eşidəndə çox həvəsləndim. İş yoldaşlarımdan biri mənə söz verdi ki, növbəti dəfə məni də özü ilə aparacaq. İş elə gətirdi ki, həmin dostum yol qəzasında dünyasını dəyişdi. Zaman keçdi, növbəti səfər vaxtı gəlib çatdı. Sözün açığı, əvvəl getmək istəmədim. Həmin dostum yadıma düşdü, özümü yaxşı hiss etmədim. Daha sonra fikrimi dəyişdim. Çünki biz vəd etmişdik. Digər dostlarıma qoşulub, Qızılqaya massivində yerləşən Heydər zirvəsinə yollandım. Fəridəylə də həmin səfər zamanı tanış oldum. Hələ də yaxşı xatırlayıram. Möhkəm qar yağırdı. Çadırımız peşəkar dağ çadırı olmadığı üçün içərisi çox soyuq idi. Fəridə məni yeməyə dəvət etdi. Daha sonra zirvəyə doğru dırmandıq. Zirvəyə çıxmaq mənim üçün asan idi. Fəridə məndən qabaqda gedirdi. İstirahət vaxtı məndən soruşdu: Sən heç dağa dırmanmısan? — Yox. — Bəs hansısa klubun üzvüsən? — Yox. — Ümumiyyətlə, təcrübən var? — Yox. — Əla! Səndən...

İradə Qədirova ilə müsahibə

Sizi dağlara səsləyən nədir? Oradan ətrafa açılan və aşağıdan görə bilmədiyimiz mənzərələr. Ən gözəli gün doğuşu və qürub çağıdır. Hər dəfə yenilənəcək olan daxili iç dünyam və dağın özü. Hər yeni dağ özü bir dünyadır. Özünüzü daha çox kim hesab edirsiniz: idmançı, alpinist, yoxsa səyyah? Alpinist deməkdən çəkinirəm. Səyyah da olmuram orada. Macəraçıyam. İlk fəth etdiyiniz dağ hansıdır? “Fəth etmək” sözünün əleyhinəyəm. Dağları necə fəth etmək olar? Onlar əbədi və möhtəşəmdir. Biz sadəcə onlardan bizi zirvələrinə buraxmaları üçün dua edə bilərik. Bu baxımdan, Babadağ ilk dağım olub. Ən yaddaqalan səfəriniz hansıdır? Şahdağ. Bir il idi ki, xəyalımdı. O zaman dağlar bir çox səbəbdən ictimaiyyətə bağlı idi. Yüksək zirvələrə dırmanmaq üçün xüsusi qurumlardan icazə almaq çox çətin idi. Odur ki, Şahdağa mümkünsüz bir şey kimi baxırdım. Ancaq bir gün gözlənilmədən Şahdağ həyatımın bir parçasına çevrildi. Qalxmaq istədiyiniz zirvə hansıdır? Əlbəttə ki, Everest və Annapurna zirvələri. Ailənizin bu xobbinizə münasibəti necədir? Qəbul...

Fəridə Cəbrayılın gündəliyindən qeydlər

… ali savadlı, kasıb insanların haqlarını müdafiə edən, ölkənin inkişafı üçün çalışan, yenilikçi biriymiş (red. güman ki, John Garangı nəzərdə tutur). Elə bu yolda, sui-qəsd nəticəsində təyyarəsi yerə çırpılaraq öldürülübmüş, amma insanlar onu sevir, dəyər verir və hələ də idealogiyasını davam etdirməyə çalışırlarmış. Bu adam haqqında oxumalıyam mütləq. Sonra ordan çıxıb, yarı misirli Münzir ilə görüşüb, Sobadakı fabriklərinə getdik. Belə ki, bu fabrik UNICEF ilə müqavilə bağlayıb layihə həyata keçirirmiş. Layihənin məqsədi 150 qutunu ağzınadək məktəb ləvazimatları ilə doldurub, kasıb, imkansız məktəblilərə paylamaqdır. Sobaya çatanda 150 qutu hazır dayanıb bizi gözləyirdi. Bilmirəm, içimdə böyük və dərin şükran hissi vardı, ta ki, Darfurdan – Qərbi Sudandan gələn o üç gənci tanıyana qədər. Darfurdan qaçaraq işləmək ümidilə Sudanın paytaxtı Xartuma üz tutan üç gəncin hekayəsi eyni idi. Onlar bu fabrikdə yaşayır, işləyir, həyatlarını çətin şəraitdə keçirirdilər. Evləri ilə tanış oldum. Eləcə dörd divar, iki-üç çarpayı, namaz qılmaq üçün ayrıca otaq, gözümə sataşan...

Florensiya

Stendal və ya Florensiya sindromu ifadəsini yəqin ki, bilirsiniz: bəzən adamın başına elə gözəlliklər gəlir ki, onların təsirindən göz yaşları öz-özünə axır, qəribə bir eyforiyaya düşürsən. Səhər tezdən təpələrin arasını yüngül duman doldurur, günəş şüaları zərif üzüm yarpaqlarını qızılıya boyayır, hər iki tərəfində qamətli sərv ağacları yüksələn əyri ensiz yollar təpələrdən birinin üstündə yerləşən qədim bir kəndə aparır… və incəsənət. Hər yerdə ağlasığmaz zənginliyi ilə seçilən incəsənət. İtaliyanın Toskana adlanan bu cənnət rayonunun paytaxtı, incəsənət mərkəzi Florensiya və ya yerlilərin dilində desək, Firenze-yə məhz belə gəlib çatdıq. Memarlıq Arno çayı Florensiyanı iki hissəyə bölür – təmtəraqlı saraylar və dövlət idarələri hissəsi olan sol və daha sakit yaşayış hissəsi olan sağ sahil. Şəhərin memarlığında gözəçarpan bir neçə dominant abidə Florensiyanın hakim ailəsi Mediçilərin vaxtından günümüzə qədər şəhər idarəçiliyinin mənzili olan Palazzo Vecchio, sarayın yan tərəfindən Arno çayına qədər uzanan dünyanın ən qiymətli Renessans sənət əsərlərinin saxlandığı Uffizi qalereyası, daha şimalda şəhərin...

Zili – Səidə Mirzəyeva ilə müsahibə

Xalçaçı rəssam kimdir? Xalçaçı rəssamlıq dekorativ tətbiqi sənətin bir növüdür. Xalçaçı rəssam xalçanın rəsmi, yəni kompozisiyası ilə məşğul olur. Toxucular buna çeşni (red. nümunə, trafaret) deyir. Xalçaçı rəssam toxumağı da bacarmalıdır. Çünki işlədiyi kompozisiyaya əsasən bilməlidir ki, xalça hansı növdə, hansı sıxlıqda toxunacaq: xovlu, xovsuz, sadə, yoxsa mürəkkəb. Buna uyğun o, çeşni hazırlamalıdır. Toxucu isə rəssamlığı bilmək məcburiyyətində deyil. O, sadəcə çeşni üzərindən toxuyur. Rəssamlıq Akademiyasının xalçaçı rəssamlıq fakültəsində kompozisiya, naxışlar və toxuculuğun müxtəlif növləri öyrədilir. Daha çox güc isə rəsm, rəng və kompozisiyanın üzərinə düşür. Dünyanın digər ölkələrində xalçaçı rəssamlıq sənəti mövcuddurmu? Xalçaçı rəssamlıq sənəti daha çox Qafqazda mövcuddur. Türkiyədə də sadə üsul toxuculuq var, ancaq orada əsasən xovsuz xalça növləri öyrədilir. İranda isə daha çox ipək xalçalar toxunur. Xovlu, yun xalçalar Qafqaz üçün xarakterikdir. Məsələn, Quba, Qarabağ xalçaları nəinki Azərbaycanda, həmçinin bütün dünyada məşhurdur.  Xalçaçı Rəssamlıq fakültəsinə gəldikdə isə heç Türkiyə universitetlərində belə bu tədris edilmir. Bildiyim qədərilə,...

Musiqi Sağaldır

Oxucularımıza özünüz haqqında qısa məlumat verərdiniz. Amikaeyla Gaston kimdir? Adım Amikaeyla Gastondur. Beynəlxalq Mədəniyyət və İncəsənət, Şəfa Elmləri İnstitutunun yaradıcısı və direktoruyam. Mədəniyyət elçisi kimi müxtəlif ölkələrə səyahət edirəm. İnsanlara azadlıq hissi aşılayıram, səsi olmayanların səsi olub öz ürəklərinin səsini eşidə biləcəkləri yerə aparıram ki, həqiqi mənlikləri ilə baş-başa qalıb ilhamlansınlar və bu ilhamı sərbəst şəkildə bütün dünya ilə paylaşsınlar. Azərbaycana ABŞ səfirliyinin dəvəti ilə təşrif buyurmusunuz. Buradakı fəaliyyətiniz, hazırladığınız proqram və rolunuzla bağlı məlumat verə bilərsinizmi? “Company E” komandası ilə işləyirik. Rəqqas, aktyor və müğənnilərdən ibarət möhtəşəm komanda ilə burada “Broadway Story” adlı yeni bir myuziklı səhnələşdiririk. Bu tamaşa ilə bağlı maraqlı məqamlardan biri də odur ki, biz əsas heyət və süjet xətti ilə işləyirik. Bundan başqa, məşhur Çikaqo myuziklından “All That Jazz”, Anasteyşanın “Once upon a December” adlı mahnıları da buraya daxildir. Əsərin ilkin versiyası ilə yaradıcılığın bu cür birləşməsini görmək həqiqətən də zövq verir. Biz bu mahnıların...

Nigar Arpadarai ilə söhbət

Formula 1 Azərbaycan Qran Prisinin rəsmi promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinə rəhbərlik edirsiniz. Kənardan müşahidəçi kimi deyə bilərəm ki, bu, olduqca məsuliyyətli bir işdir. Bəs siz öz işinizi necə təsvir edərdiniz? İşimiz doğrudan da çox məsuliyyətlidir. Xüsusilə də son üç ildə əldə etdiyimiz nailiyyətlərə baxanda gördüyümüz işlərlə fəxr edirəm. Bu, bir tərəfdən olduqca streslidir. Elə sahələr var ki, atılan hər hansısa səhv addımdan yalnız komanda daxilində olan işçilər xəbərdar olur. Bizdə isə belə deyil. Əldə etdiyimiz nəticələri yalnız Azərbaycan deyil, bütün dünya görür. Biz Formula 1 Azərbaycan Qran Prisinin simasıyıq. Həm ölkəmizin tanıdılması, həm də Azərbaycan Qran Prisinin imici baxımından marketinq və kommunikasiya komandasının üzərinə böyük məsuliyyət düşür. İşə sıfırdan başlayanda qarşımıza iki əsas məqsəd qoymuşduq: Formula 1 yarışlarını Azərbaycanda, Azərbaycanı isə beynəlxalq arenada tanıtmaq. Komandanızı necə motivasiya edirsiniz? Əminliklə deyə bilərəm ki, ən çətin iş elə rəhbər işidir, çünki birbaşa insanlara bağlıdır. Komandada bir,...

Milan

Ən yaxın rəfiqələrimdən biri Milanda yaşadığı üçün məzuniyyətdə hara getmək barədə elə də çox fikirləşmədim. Bir sıra kiçik italyan şəhərlərindən fərqli olaraq, burada memarlıq daha monumental və soyuqdur, gözəl geyinmiş insanlar daim harasa tələsir və dizayn, dəb böyük bir biznesə çevrilib. Milan əsl meqapolis həyatını sevənlərin məskənidir. O, lüks dəb və dizayn studioları, ətrafında gənclərin oturub şərab içdiyi kanallar, Da Vinçinin “Sonuncu Şam Yeməyi” kimi klassik əsərlər, adlı-sanlı ailələrin müasir incəsənət fondları, qraffiti ilə örtülü tunellər, yaşıllıqlar, göydələnlər və memarlıq şəhəridir. Ənənəvi turist marşrutları bitirdikdən sonra şəhər bir qədər boz görünə bilər. Amma əsl həyat qaynayan yerlər yarı qaranlıq küçələr və dəmir yolları arxasında gizlənmiş də ola bilər. Ona görə yerlilərin və ya alternativ səyahət bələdçilərinin məsləhətlərinə diqqət yetirmək bu səfərdən mümkün qədər çox həzz almağa kömək edər. İsola İsola Milanın son zamanlar ən çox populyarlaşan rayonlarından biridir və əslində “ada” deməkdir. Həqiqətən də, bir tərəfdən göydələnlər, o biri tərəfdən...

Praqa

DOBRY’ DEN Sovet dövründə yaşayanlar buranı Çexoslovakiya kimi tanıyırlar, lakin 1992-ci ildə bu dövlət Çexiya və Slovakiya olaraq iki müstəqil respublikaya ayrılır. Praqa, çexlərin dili ilə desək, “Praha” Çexiyanın paytaxtıdır. Şəhərin arxitekturasında roman memarlığının, qotik və barokko üslublarının təsiri paytaxtı nağıl şəhərinə çevirib. Praqa həm də qədim Bohemia krallığının paytaxtı olub. Çex pivəsi Avropada məşhurdur. Siz şəhərin hər yerində pivə reklamlarına rast gələ bilərsiniz. İkinci ən çox istehlak olunan məhsul isə donuz ətidir. Piştaxtalarda “tridlo” adlı şirniyyat növünə də tez-tez rast gələ bilərsiniz. Praqanı gəzmək üçün iki gününüz varsa, birinci gün “Stare Mesto” (Old Town) adlanan hissəni, ikinci gün isə “Mala Strana” (Lesser Town) adlanan hissəni gəzə bilərsiniz. Onları bir-birindən Vltava çayı ayırır.       Stare Mesto mərkəzi meydanlardan biridir. Bura gəlmək üçün Staroměstská metrosundan çıxıb Kaprova küçəsi ilə gəlib Staroměstské küçəsinə çıxmaq kifayət edir. Meydanda Praqanın simvoluna çevrilən məşhur Praqa astronomik saatı olan “Old Town” qülləsini görəcəksiniz. İlk...

Kamilə Vəliyeva ilə müsahibə

Dilçi alim, filologiya elmlər doktoru, tətbiqi dilçilik üzrə ilk tədqiqatçı Kamilə Vəliyeva 1940-ci il yanvarın 9-da Bakıda anadan olub. Atası – Abdulla Vəliyev Moskva türkologiya məktəbinin yetirməsi, məşhur dialektoloq idi. Kamilə Vəliyeva 1971-81-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda kiçik elmi işçi, 1981-91 illərdə böyük elmi işçi olmuş, 1991-ci ildən mətnlərin avtomatik işlənməsi problemləri üzərində tətqiqat aparmışdır. Qədim yazılı abidələrin kompüterin köməyi ilə linqivistik təhlilinə dair bir sıra əsərlərin müəllifidir. Onun əsas elmi nailiyyətləri maşın tərcüməsi sisteminin hazırlanması, kompüter dilçiliyi, statistik leksikoqrafiya, tezlik lüğətləri, əks lüğətlər, abidələrin dilinin linqvostatistik tədqiqi və avtomatik lüğətlərin tərtibi ilə bağlıdır. Kamilə Vəliyeva 15 kitab və 120-ə qədər elmi məqalənin müəllifidir. Hal-hazırda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Kompüter dilçiliyi” şöbəsinin müdiri vəzifəsində çalışır.   NECƏ OLDU Kİ, TƏTBİQİ DİLÇİLİK SAHƏSİNİ SEÇDİNİZ? Qəribədir ki, gözümü açandan dilçilik elmi ilə əhatə olunsam da humanitar sahələrdən başqa bütün sahələrlə məşğul olmağı sevmişəm. Əvvəl kimya fakültəsinə müraciət...

totop