Video – Fors Media

Bakının gizli ev konsertləri

İlk dəfə 2009-cu ildə Londonda başlamış möhtəşəm musiqi hərəkatı – Sofar (Songs of a room) hazırda 45 ölkədə fəaliyyət göstərir. Evlərdə və ya bənzəri yerlərdə təşkil olunan konsertlərin məqsədi istedadlı musiqiçi və musiqi sevərləri bir yerə toplamaqdır. VEDAD ilə söhbət Ətrafımda müstəqil, güclü, ali təhsilli, karyera yönümlü rəfiqələrim çoxdur. Onlara baxıb ilhamlanıram. Azərbaycan cəmiyyəti üçün bu cür xanımların olması çox yaxşı bir haldır. Bu mahnım (red. Fireball) Azərbaycan qadınının təhsildə, biznesdə, elmdə öz yerini qoruyub saxlamaq və onu daha da genişləndirmək üçün mübarizə aparmasına bir çağırışdır. Bunun üçün nə kabluk, nə də makiyaj lazımdır. Çünki Azərbaycan qadını artıq “zavodskoy cool”dur. Forsdan dala qalmayın. Bu, çox vacibdir. “Fireball” olduğunuzu da unutmayın. ​  

...

Musiqi Sağaldır

Oxucularımıza özünüz haqqında qısa məlumat verərdiniz. Amikaeyla Gaston kimdir? Adım Amikaeyla Gastondur. Beynəlxalq Mədəniyyət və İncəsənət, Şəfa Elmləri İnstitutunun yaradıcısı və direktoruyam. Mədəniyyət elçisi kimi müxtəlif ölkələrə səyahət edirəm. İnsanlara azadlıq hissi aşılayıram, səsi olmayanların səsi olub öz ürəklərinin səsini eşidə biləcəkləri yerə aparıram ki, həqiqi mənlikləri ilə baş-başa qalıb ilhamlansınlar və bu ilhamı sərbəst şəkildə bütün dünya ilə paylaşsınlar. Azərbaycana ABŞ səfirliyinin dəvəti ilə təşrif buyurmusunuz. Buradakı fəaliyyətiniz, hazırladığınız proqram və rolunuzla bağlı məlumat verə bilərsinizmi? “Company E” komandası ilə işləyirik. Rəqqas, aktyor və müğənnilərdən ibarət möhtəşəm komanda ilə burada “Broadway Story” adlı yeni bir myuziklı səhnələşdiririk. Bu tamaşa ilə bağlı maraqlı məqamlardan biri də odur ki, biz əsas heyət və süjet xətti ilə işləyirik. Bundan başqa, məşhur Çikaqo myuziklından “All That Jazz”, Anasteyşanın “Once upon a December” adlı mahnıları da buraya daxildir. Əsərin ilkin versiyası ilə yaradıcılığın bu cür birləşməsini görmək həqiqətən də zövq verir. Biz bu mahnıların...

Praqa

DOBRY’ DEN Sovet dövründə yaşayanlar buranı Çexoslovakiya kimi tanıyırlar, lakin 1992-ci ildə bu dövlət Çexiya və Slovakiya olaraq iki müstəqil respublikaya ayrılır. Praqa, çexlərin dili ilə desək, “Praha” Çexiyanın paytaxtıdır. Şəhərin arxitekturasında roman memarlığının, qotik və barokko üslublarının təsiri paytaxtı nağıl şəhərinə çevirib. Praqa həm də qədim Bohemia krallığının paytaxtı olub. Çex pivəsi Avropada məşhurdur. Siz şəhərin hər yerində pivə reklamlarına rast gələ bilərsiniz. İkinci ən çox istehlak olunan məhsul isə donuz ətidir. Piştaxtalarda “tridlo” adlı şirniyyat növünə də tez-tez rast gələ bilərsiniz. Praqanı gəzmək üçün iki gününüz varsa, birinci gün “Stare Mesto” (Old Town) adlanan hissəni, ikinci gün isə “Mala Strana” (Lesser Town) adlanan hissəni gəzə bilərsiniz. Onları bir-birindən Vltava çayı ayırır.       Stare Mesto mərkəzi meydanlardan biridir. Bura gəlmək üçün Staroměstská metrosundan çıxıb Kaprova küçəsi ilə gəlib Staroměstské küçəsinə çıxmaq kifayət edir. Meydanda Praqanın simvoluna çevrilən məşhur Praqa astronomik saatı olan “Old Town” qülləsini görəcəksiniz. İlk...

totop