Fors Media – Səhifə 2 – Göstər özünü

Mayaka doğru

“Balıqçı kədərləndi, – ucadan oxudu – getmək istəmirdi. Bu, düzgün deyildi. Amma başqa çıxış yolu yox idi, dənizə yollandı. Gördü ki, dənizin suyu artıq əvvəlki kimi yaşıl, şəffaf deyil, mavi, boz, tutqun rəngdədir, amma daha sakitdir. Balıqçı dedi…” Xanım Remzi bu məqamda ərinin ayaq saxlamamasına üstünlük verərdi. Axı demişdi, uşaqların kriket oynamalarına baxmağa gedəcək, gedəydi də. Amma cənab Remzi heç nə demədi, bir anlıq baxdı, başını razılıqla yellədi, gəzinməyə davam etdi. Qarşısında uzanan hasara – o hasar ki, neçə dəfə düşüncələrindəki tərəddüdlərə son qoymuş, bir nəticəyə gəlməyinə səbəb olmuşdu, arvadıyla oğluna, daş dibçəyin içindən aşıb-daşan qırmızı ətirşahlara, onların nəsə oxuyarkən tələsik qeydlər etdiyi kağız vərəqlərinə oxşayan yaşıl yarpaqlarına baxa-baxa fikrində hər il Şekspirin evinə baş çəkən amerikalı turistlərin sayı ilə bağlı “Times” jurnalında dərc olunmuş yazını çək-çevir eləyirdi. Şekspir heç doğulmamış olsaydı, dünya bugünkündən fərqlimi olardı, – öz-özünə sual verirdi. Sivilizasiyanın tərəqqisi böyük şəxsiyyətlərdən asılıdırmı? Fironlar dövründən bəri orta təbəqəyə...

Turan Manafzadə ilə müsahibə

Özünüzü daha çox dirijor, bəstəkar, yoxsa pianoçu hesab edirsiniz? Özümü tam olaraq musiqiçi hesab edirəm, buna hamısı daxildir. Amma dünyada qadın dirijorların sayı az olduğu üçün dirijorluğum digər musiqi bacarıqlarımdan bir az fərqlənir. Musiqidə əldə etdiyiniz uğurun arxasında nə dayanır: istedad, yoxsa zəhmət? Birinci, istedadlı olmalısınız ki, zəhmətlə onun üstünə nəsə inşa edə biləsiniz. Əlbəttə ki, istedadlı və praktik olmaq qısa zamanda böyük işlər görmək üçün köməklik edir. Orkestr rəhbəri olmaq necə bir duyğudur? Xarakterinizə və şəxsi həyatınıza necə təsir göstərir? Bu elə bir peşədir ki, gərək özünüzü bir çox sahədə inkişaf etdirəsiniz. Ümumiyyətlə, dirijor olmaq bir az psixoloq, diplomat, müəllim, dost və natiq olmaq deməkdir. Bunlar əvvəlcə insanın öz xarakterində olmalı və zamanla daha da irəliləməlidir. Dirijor çubuğu ilə öz həyatınızı idarə edə bilsəydiniz, nəyi dəyişərdiniz? İnsanlar həmişə dirijor çubuqlarımdan istəyirlər. Yəqin düşünürlər ki, bu çubuqlar sehrli və uğurludur. Ancaq mən heç nəyi dəyişmək istəməzdim. Əməkdaşlıq etmək istədiyiniz musiqiçilər...

Klara Debeljak ilə müsahibə

Bizə bir az özünüz haqqında danışın. Adım Klara Debeljakdır. 4 ildir ki, Praqada yaşayıram. Burada Liberal İncəsənət və Humanitar Elmlər fakültəsində təhsil alıram. Vizual incəsənətin vurğunuyam. Son 5 ildir, qraffiti və küçə sənəti ilə məşğulam. Gələcəkdə, animasiya və divar rəssamlığı sahələrində çalışmaq istəyirəm. Buna görə də hazırda portfoliomun üzərində işləyir, animasiya məktəblərinə müraciət edirəm. İri miqyasda divar rəsmləri hazırlamaqda maraqlıyam. Ümid edirəm ki, gələcək mənə bunları vəd edir. Bundan başqa, alternativ idarəetmə sistemləri ilə də maraqlanıram. Xaotik, distopik bir dünyada yaşadığımız üçün bacardığım qədər çalışıram ki, özümü bu istiqamətdə maarifləndirəm, bəşəriyyət və yer kürəsinin ehtiyaclarının qarşılanması üçün hansı alternativ imkanlar olduğunu araşdıram. Çox vaxt bu mövzular yaradıcılığımda da öz əksini tapır. İncəsənətlə nə vaxtdan məşğulsunuz? Vizual incəsənətlə həmişə maraqlanmışam. Sloveniyada incəsənət məktəbinə gedirdim. Orta ümumtəhsil məktəbi idi, ancaq rəsm, qravüra (red. çap qrafikası), incəsənət nəzəriyyəsi kimi əlavə fənlər də keçirdik. Daha sonra Charles Universitetində Liberal İncəsənət və Humanitar Elmlər fakültəsində...

Fəridə Cəbrayılın gündəliyindən qeydlər

… ali savadlı, kasıb insanların haqlarını müdafiə edən, ölkənin inkişafı üçün çalışan, yenilikçi biriymiş (red. güman ki, John Garangı nəzərdə tutur). Elə bu yolda, sui-qəsd nəticəsində təyyarəsi yerə çırpılaraq öldürülübmüş, amma insanlar onu sevir, dəyər verir və hələ də idealogiyasını davam etdirməyə çalışırlarmış. Bu adam haqqında oxumalıyam mütləq. Sonra ordan çıxıb, yarı misirli Münzir ilə görüşüb, Sobadakı fabriklərinə getdik. Belə ki, bu fabrik UNICEF ilə müqavilə bağlayıb layihə həyata keçirirmiş. Layihənin məqsədi 150 qutunu ağzınadək məktəb ləvazimatları ilə doldurub, kasıb, imkansız məktəblilərə paylamaqdır. Sobaya çatanda 150 qutu hazır dayanıb bizi gözləyirdi. Bilmirəm, içimdə böyük və dərin şükran hissi vardı, ta ki, Darfurdan – Qərbi Sudandan gələn o üç gənci tanıyana qədər. Darfurdan qaçaraq işləmək ümidilə Sudanın paytaxtı Xartuma üz tutan üç gəncin hekayəsi eyni idi. Onlar bu fabrikdə yaşayır, işləyir, həyatlarını çətin şəraitdə keçirirdilər. Evləri ilə tanış oldum. Eləcə dörd divar, iki-üç çarpayı, namaz qılmaq üçün ayrıca otaq, gözümə sataşan...

Əslində məsələ belədir

Bildiyimiz bütün trend geyimlər fabriklərdən eyni paltar olaraq eyni statusda istehsal olunur. Bu mərhələ çox uzun davam etmir: moda elə sahələrdən biridir ki, brendinq və marketinq ora birbaşa təsir edən amillərdəndir. Belə ki, günümüzdə hazır gördüyümüz bütün trendlərin çoxu brendinq strategiyalarının təsirindən yaranır. Təbii  ki, nəticələri də böyük olur: hal-hazırda dünya əhalisinin paltar və ayaqqabıya xərclədiyi büdcə illik 1 trilion dollardır. Bəziləri düşünür ki, moda sahəsi çox əhəmiyyətsizdir. Amma bu bir faktdır ki, hər keçən gün moda həyatımızın bütün sahələrinə təsirsiz keçmir və bu təsir ilbəil dəyişir, artır. Gəlin, bir az 2018-ci ildə gördüyümüz trend partlayışından danışaq. Demək olar ki, bütün brendlərin kolleksiyalarında gördüyümüz heyvan printləri və neon rənglər, işçi geyimi adlandırdığımız kombinezonlar, boş və oversize tək parça boilersuitlər, oversize trençlər, pencəklər və paltolar, yüksək belli enli cins şalvarlar, uzunboğaz hündürdabanlı çəkmələr (xüsusilə ağ rəng partlayışı), stilettolar, çiyin detalları xüsusilə assimetrik kəsimlər və çiyni düşük modellər, asimmetrik kəsim midi ətəklər və...

Kədər sonsuzadək davam edəcək

Van Qoq deyəndə ağlınıza ilk nə gəlir? Kəsilmiş qulaq, ağır depressiya, şizofreniya, bipolyar pozuntu, yoxsa ‘Ulduzlu gecə’, ‘Günəbaxanlar’, Van Qoq sarısı? Ya da eləcə məşhur rəssam? Vinsent Van Qoq 30 mart 1853-cü ildə Hollandiyada dünyaya gələn incəsənət tarixinin ən məşhur şəxsiyyətlərindən biridir. Van Qoqun rəssamlıq hekayəsi uzun bir mübarizənin, əməyin nəticəsidir. O, özünü rəssam kimi kəşf edənə kimi bir çox peşələrdə – müəllim, din təbliğçisi, əmisinin rəsm alqı-satqısı ilə məşğul olan Gaupil şirkətində, kitab mağazasında satıcı olaraq çalışmışdır. Hətta bir müddət universitetə qəbul olmaq üçün aylarla hazırlaşsa da son anda bundan imtina etmişdir. Vinsent xarakterinə görə insanlar tərəfindən dəli kimi qələmə verilirdi. Dəfələrlə uğursuz sevgi macəraları, mənəvi olaraq rahatladan peşə tapa bilməməsi, düşdüyü mühitlərdə insanlar tərəfindən aşağılanması keçirdiyi depressiyanı daha da ağırlaşdırmışdır. Onu sadəcə bir insan – qardaşı Theo Van Qoq dinləyib dəstək olurdu. Belə ki, Vinsent Van Qoqun ölümündən sonra çəkdiyi rəsmləri ilə yanaşı qardaşı Theoya yazdığı onlarla məktub qalmışdır. Qardaşına yazırdı: “Çox insanların...

Bağlantılı basqılar

İnsan Haqqları Bəyannaməsi 1948-ci ildə Paris şəhərində və İkinci Dünya Müharibəsinin təsirində 1 müqəddimə və 30 maddəli beynəlxalq müqavilədir. Həmin müqavilə bəşəriyyət tarixində ilk dəfə olaraq, insanların yaşadıqları zaman və coğrafiyanın fərqliliyinə baxmadan, onlara sırf insan olduqları üçün lazım olan mədəni, iqtisadi, siyasi və sosial hüquqlardan bəhs edir. 1948-ci il Beynəlxalq İnsan Hüquqları bəyannaməsinin təsdiqindən 1993-cü il İkinci Beynəlxalq İnsan Hüquqları konfransına qədər keçən bir zaman… Və düşünün ki, qadın hüquqlarının insan hüquqları çərçivəsində yer alması və belə bir düşüncəyə çatmaq 50 ilə yaxın bir zaman tələb etdi. 1910-cu ildən 1932-ci ildə qədər keçən 13 illik bir müddət İranda qadın hüquqları üzrə ən parlaq illər sayılır. 6 il – martın 8-i Beynəlxalq Qadınlar günü kimi təyin edilmədən əvvəl qadınların kişilərlə bərabər fəal şəkildə İran Məşrutə inqilabında iştirak etmələri onların cəmiyyətə daxil olmasına səbəb oldu. Qadınların maariflənməsi və təhsil alması üçün xüsusi məktəb və jurnallar yaradıldı ki, bunlar da qadınların bərabərlik...

Təhsildə qadınlar

Statistika göstərir ki, təhsil sektorunda təhsil alan qadın tələbərin sayı kişilərdən az qala 4 dəfə çoxdur: 77.8 %. Bununla belə təhsil sektoru qadınlar üçün Azərbaycanda karyera yüksəlişinə qətiyyən zəmanət vermir. Qadınlar təhsil sahəsindəki işçi qüvvəsinin də yarıdan çoxunu (73.8 %) təşkil etməklərinə baxmayaraq, əsas və aparıcı vəzifələrdə yer tutmağa gəldikdə tendensiyanın kəskin şəkildə dəyişdiyini görürük. Azərbaycan ictimai norma və ənənələrə çox sadiq qalan ölkələrdən biridir ki, bu da bir çox hallarda qadınların ənənələri qıraraq istədikləri peşələrə sahib olmalarını çətinləşdirir. Başqa sözlə, qadınlar peşəni cəmiyyət normalarına görə seçir, cəmiyyətin “uyğun” bildiyi işlərə – təhsil, səhiyyə, sosial xidmətlər kimi “qadın” peşələrinə meyllənir, belə sahələrdə karyera qurmağı planlayırlar. Əsasən lider vəzifələrdə yer alan kişilər təhsil sahəsinin cəmi 26.9 %-ni təşkil edir. Bu tendensiya əsasən baş müəllimlər, müəllimlər və assistentlər kimi daha az perspektivli və aşağı maaşlı vəzifələrə gəldikcə dəyişir. 2017-ci il üzrə Qlobal Gender bərabərsizliyi hesabatına əsasən, Azərbaycan 144 ölkədən 98-ci yerdədir.   Müjgan...

Səninləykən sənsiz

Dalğalanır yenə dəniz, Görünmür o gəmidən bir iz. Bu qədər uzaq olmağı Nə vaxtdan qərar verdik ki biz? Biz?? Biz deyə bir şey qaldımı? Yoxsa xəyal idi hamısı? Ya da sənin tək aldığın qərarlar… Bəs hardadır keçmiş xoş anlar? Niyə yanımdaykən uzaqsan? Niyə əvvəlki tək üzümə baxmırsan? Sən dənizi sevirəm deyə-deyə O dənizə qərqmi olmusan? Yoxsa… Yoxsa məni unutmusan?   Müəllif: Lalə Cəfərli Foto: “Yay günü”, Berta Morizo

...

Florensiya

Stendal və ya Florensiya sindromu ifadəsini yəqin ki, bilirsiniz: bəzən adamın başına elə gözəlliklər gəlir ki, onların təsirindən göz yaşları öz-özünə axır, qəribə bir eyforiyaya düşürsən. Səhər tezdən təpələrin arasını yüngül duman doldurur, günəş şüaları zərif üzüm yarpaqlarını qızılıya boyayır, hər iki tərəfində qamətli sərv ağacları yüksələn əyri ensiz yollar təpələrdən birinin üstündə yerləşən qədim bir kəndə aparır… və incəsənət. Hər yerdə ağlasığmaz zənginliyi ilə seçilən incəsənət. İtaliyanın Toskana adlanan bu cənnət rayonunun paytaxtı, incəsənət mərkəzi Florensiya və ya yerlilərin dilində desək, Firenze-yə məhz belə gəlib çatdıq. Memarlıq Arno çayı Florensiyanı iki hissəyə bölür – təmtəraqlı saraylar və dövlət idarələri hissəsi olan sol və daha sakit yaşayış hissəsi olan sağ sahil. Şəhərin memarlığında gözəçarpan bir neçə dominant abidə Florensiyanın hakim ailəsi Mediçilərin vaxtından günümüzə qədər şəhər idarəçiliyinin mənzili olan Palazzo Vecchio, sarayın yan tərəfindən Arno çayına qədər uzanan dünyanın ən qiymətli Renessans sənət əsərlərinin saxlandığı Uffizi qalereyası, daha şimalda şəhərin...

totop