Gözəllik və sağlamlıq illüziyası - Fors Media

Gözəllik və sağlamlıq illüziyası

90-cı illərin ‘heroin chic’ normativi öz yerini ‘glow chic’ məfhumuna verib. Solğun dəri, gecədən qalma gözətrafı qara kölgələr, arıq bədən quruluşu və ən əsası, narkotik vasitələrdən istifadə daha dəbdə deyil. Artıq gözəllik deyildikdə sağlamlıq yada düşür və bu, özündə qlutensiz pəhriz, yoqa, pilates, 10 mərhələli dəriyə qulluq rutinini ehtiva edir. Gözəllik sənayəsi ‘sağlam’ gözəllik imici yaratmışdır ki, bu da istehlakçıları sözügedən sağlamlığı əldə etmək üçün daha çox tükətməyə vadar edir. Belə ki, dəriyə qulluq ilə bağlı insanlar arasında ağızdan-ağıza, sosial media və ənənəvi media vasitəsilə yayılmış bir sıra səhv düşüncələr mövcuddur. Bəs sən mif ilə faktı bir-birindən fərqləndirə bilirsənmi? Elə isə aşağıdakı testdə iştirak etməklə hər gün, hər yerdə eşitdiyimiz fikirlərin hansının yanlış, hansının doğru olduğunu öyrən. Testin cavabları Çöhrə Estetik Klinikasının həkim-kosmetoloqu Leyli Məmmədova ilə birgə hazırlanıb.

Sağlamlıq və gözəlliyin ifrat təbliği və satışı istehlakın sərhədlərini aşaraq asılılığın yeni formasını yaratmışdır. Xüsusilə də qırış, akne, ləkə və s. kimi dəridə zamanla baş verən dəyişikliklərin qarşısını almaq və onları aradan qaldırmaq üçün minlərlə qulluq vasitəsi arasından onlarla məhsul seçmək heç də hamı üçün əlçatan deyil. Belə olduqda doğru seçimi necə etməli, kimə inanmalıyıq? Bu suala cavab tapmaq üçün dörd qəhrəmanı bir araya gətirərək gözəllik və qulluq anlayışlarını yenidən gözdən keçirdik.

totop