İfa edirlər: Məcnun – Hüseynqulu Sarabski Leyli – Əbdürrəhim Fərəcov İbn Səlam – Ceyhun Hacıbəyli Məcnunun anası – Mirmahmud Kazımovski Məсnunun atası – Mirzə Muxtar Leylinin atası – İ. Qasımov Leylinin anası – С. Vəzirov “13 yaşımda olarkən Şuşada qəribə bir tamaşa gördüm. Tamaşanın adı belə idi: Məcnun Leylinin məzarı üstdə. O səhnəcik məni elə həyəcanlandırdı ki, 8 ildən sonra Bakıya gəlib, qərara aldım ki, gərək opera yazım”. 1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25-də) dahi Üzeyir Hacıbəyovun şərq və müsəlman aləmində ilk opera əsəri olan “Leyli və Məcnun” tamaşası Hacı Zeynalabdin Tağıyev teatrında səhnəyə qoyulur. Məcnun rolunda Hüseynqulu Sarabski — Salam. — Əleykəssalam. — Hüseynqulu Sarabski sizsiniz? — Hə. — Dünən axşam sizi “Əl-Mənsur” tamaşasında gördüm. Yaxşı oxuyurdunuz. — Həə. Gündüz də ki, görürsünüz də nəylə məşğulam. Neyləyəsən? Bizim zəmanədə müsalman artistlərinin günü-güzaranı budur. Bir yerdən qazancın olmasa, dolana bilmərsən. — Heç tanış da olmadıq. Üzeyir Hacıbəyov. Jurnalist. —...
