“Baghiri” brendinin yaranmasına necə təşəbbüs etdiniz? Ümumi fəaliyyətimizin noyabrda 4 ili tamam oldu. Lakin 1 ildən az bir müddətdir ki, rebrending etmişəm və “Baghiri” ərsəyə gəlib. Rebrending etməyə məni daha çox rəfiqəm və fotoqrafım Fatimə təşviq etdi. Yenidən formalaşdırıb “Baghiri”ni təqdim edən zaman anamın da fikirləri çox vacib idi mənim üçün. Azərbaycanda əl işlərinə maraq necədir? Alıcılıq qabiliyyəti sizi qane edirmi? Sevindirici haldır ki, son illər əl işlərinə maraq kifayət qədər artıb. Ancaq təəssüf ki, insanların bir çoxuna görə məhsulun yerli istehsal və əl işi olması onun dəyəri ilə yalnış əlaqələndirilir. Belə ki, onlar kütləvi mağazalarda satılan fabrik məhsulları ilə qiymət müqayisəsi apararaq, “bahadır” qənaətinə gəlirlər. Ancaq hamıya məlumdur ki, həmin mağazalarda üzərinə “handmade” etiketi vurulmuş məhsulların qiyməti digərlərindən bir neçə dəfə yüksək qiymətdə satışa çıxarılır. Nəzərə alsaq ki, əl işlərinin əksəriyyətinin satışı online olaraq həyata keçirilir, alıcılıq qabiliyyəti bu səbəbdən dolayı aşağı düşür. Sosial şəbəkələrin mövcudluğu kiçik sahibkarlıqla məşğul...
