Stories – Səhifə 2 – Fors Media

90-ların uşaqları

90-ların uşaqlarının əksəriyyətinin belə bir xatirəsi var – əlində parlaq lak çanta, saçları havalı, enli midi ətəyində qaçaraq bağçaya özünü çatdıran ana obrazı. Hər zaman saç düzümü yerində, səliqəli və gözəl, hər işini tamamlayan, özünə baxmağı heç vaxt unutmayan gənc ana obrazı o dönəmlərdən ən xoş xatirədir. Post-sovet dönəmində isə belə görüntülər çox az oldu. İş bazarında yaranan sıxıntılarla əksər körpəli analar işdən ayrıldı, işləyənlər isə körpəni bağçaya deyil, dayəyə etibar etməyi üstün tutdu və beləliklə də bağça və iş arasında balansı qorumaq bacarıqlı analar getdikcə azaldı. Son on illikdə isə yenidən özəl və keyfiyyətli bağçaların artması, gənc anaların iş mühitində daha aktivliyi nəticəsində iş-bağça balansını qoruyan anaların sayı yenidən artıb. Amma mən sizə ondan danışmayacam. Danışmaq istədiyim mövzu daha fərqlidir. Məni tanımayanlar üçün qısaca özümü təqdim edim. Adım Vəfadır və daim aktiv və hərəkətli biri olaraq tanınmışam. Aktiv sosial həyatın ən sıx dönəmində bir də ana olmaq macərası gəldi...

Qamarcoba!

Kürün üstündə yerləşən Tiflis qədim və eyni zamanda müasir şəhər təsiri bağışlayır. Hostellər, restoranlar və yaşıl ağaclarla zəngindir. Şəhər öz qədimliyini qoruyub saxlayıb. Şəhər əhalisi sadə və zövqlü geyinir. Gürcülərin yaradıcı ruha sahib olduqları hiss olunur, lakin avtomobili çox sürətli və səliqəsiz idarə edirlər. Şəhərin mərkəzinə Azadlıq meydanı (Liberty Square) metrosu ilə gedə bilərsiniz. Metrodan az məsafədə eyni adlı meydan yerləşir. Çox tanındığı üçün birisi ilə görüş təyin edəcəksinizsə, bura ən optimal yerdir. Azadlıq meydanından gəzə-gəzə  “Old Town” sayılan hissəyə (Narikala) tərəf üz tutun. Narıkalanı (şəkildə görünən mənzərə) aşağıdan seyr edin. Gəldik əsas məsələyə.Gürcü xəngəli! Elə dayandığınız yerdə  Samikitno (Machakhela) restoranı yerləşir. Ümumiyyətlə bu restoranlar şəbəkəsinə Tiflisin çox yerində rast gələ bilərsiniz. Yemək məsələsi həll etdikdən sonra yaxınlıqda yerləşən kükürd hamamlarına baş çəkə bilərsiniz. Bir az yaxında  yerləşən “Şarden” küçəsi isə gecə daha maraqlı olur. Yeri yadınızda saxlayıb gecə baş çəkməyi unutmayın. Burada bahalı restoranlar, gecə klubları və s. əyləncə məkanları...

Tere, Tere, Tulemast!

Tallin məni təxminən dörd il əvvəl, avqustun 22-də, bizim dillə desək, yayın cırhacırında sərin və eyni zamanda güclü yağış ilə qarşıladı. Əslində, bu yağış mənə heç təəccüblü gəlmədi, çünki ölkənin hava şəraitini yaxşıca araşdırmış, yağışlı, qar və çovğunlu taleyimlə barışmışdım. Hava limanında məni mübadilə proqramı üzrə tyutorum təyin olunmuş Liina qarşıladı. Normalda hava limanında insanların bir-birini axtarıb tapması müşkül məsələdir, lakin Tallin hava limanı hər şeyin rahat tapıldığı və dünyanın ən praktik aeroportu olduğu üçün Liina məni düz dediyim yerdə və saatda qarşıladı. Bu eston dəqiqliyi məni hədsiz dərəcədə sevindirmiş, eyni zamanda dəqiqlik məsələsində hələ də geridə olduğumuzu kəşf etdiyim üçün biraz da məyus etmişdi.   Estoniyaya səfərim Erasmus Mundus proqramı ilə Tallin Universitetində bir illik akademik mübadilə proqramına qəbul olmağım ilə başladı. Universitetə müraciət etməzdən əvvəl bir sıra ölkələri araşdırmışdım və düzünü desəm, Estoniya bir Azərbaycanlı olaraq mənə daha eqzotik bir variant kimi görünmüşdü. Günəşli cənub ölkəsi vətəndaşının çovğunlu...

Buyurun!

İstanbula iki dəfə səyahət etmişəm. İlk səfərimdə İstanbulu çox bəyənməsəmdə ikinci səfərimdə bu şəhəri  çox sevdim. İlk səfərimdə bəyənməməyimin səbəbini dəqiq bilmirəm amma güman edirəm ki,  ruh halı ilə yanaşı  səyahət planın da təsiri var. Taksimdən başlamağı məsləhət görmürəm çünki bura çox dinamikdir və sizdə gərginlik yarada bilər və yorula bilərsiniz. İstanbulun ruhunu hiss etmək üçün gəzintiyə SultanAhmet meydanından başlamağı məsləhət görərdim. Sultanahmet meydanından hansı görməli yerlərə gedə bilərsiniz:*Aya Sofya muzeyi (Hagia Sophia Museum)*Göy Məçid və digərləri (Blue mosque)*Yerəbatan Sarıncı (Basilica Cistern) Aya Sofya muzeyi (Hagia Sophia Museum) bizans dövrünə aiddir. Kilsə məqsədli tikilsə də Osmanlıların İstanbulu fəthi zamanaı məçidə çevrilib. Hal hazırda daha çox məçid arxitekturasındadır. Atatürkün qərarından sonra muzey kimi fəaliyyət göstərir. Yerəbatan Sarıncı (Basilica Cistern). Yerəbatan Sarnıcı Bizans vaxtında tikilən böyük yeraltı su anbarıdır. Yerdəki suda balıqlar üzür. Tavandan damcılayan sular yerə töküldükcə maraqlı səslər yaranır. Yüksək sütunları olan bu böyük su anbarında özünüzü fantastik filmlərdəki kimi...

totop