Stendal və ya Florensiya sindromu ifadəsini yəqin ki, bilirsiniz: bəzən adamın başına elə gözəlliklər gəlir ki, onların təsirindən göz yaşları öz-özünə axır, qəribə bir eyforiyaya düşürsən. Səhər tezdən təpələrin arasını yüngül duman doldurur, günəş şüaları zərif üzüm yarpaqlarını qızılıya boyayır, hər iki tərəfində qamətli sərv ağacları yüksələn əyri ensiz yollar təpələrdən birinin üstündə yerləşən qədim bir kəndə aparır… və incəsənət. Hər yerdə ağlasığmaz zənginliyi ilə seçilən incəsənət. İtaliyanın Toskana adlanan bu cənnət rayonunun paytaxtı, incəsənət mərkəzi Florensiya və ya yerlilərin dilində desək, Firenze-yə məhz belə gəlib çatdıq. Memarlıq Arno çayı Florensiyanı iki hissəyə bölür – təmtəraqlı saraylar və dövlət idarələri hissəsi olan sol və daha sakit yaşayış hissəsi olan sağ sahil. Şəhərin memarlığında gözəçarpan bir neçə dominant abidə Florensiyanın hakim ailəsi Mediçilərin vaxtından günümüzə qədər şəhər idarəçiliyinin mənzili olan Palazzo Vecchio, sarayın yan tərəfindən Arno çayına qədər uzanan dünyanın ən qiymətli Renessans sənət əsərlərinin saxlandığı Uffizi qalereyası, daha şimalda şəhərin...
