lifestyle – Fors Media

Earth Day 2018

Bu gün Yer kürəsi günüdür. Məşhur primatoloq, etoloq və antropoloq Ceyn Qudoll universitet oxumadan PhD dərəcəsini alan 8-ci şəxsdir. Həyatının 55 ilini şimpanzelərin sosial davranışlarını tədqiq etməklə keçirən Ceynin yer kürəsi günü ilə bağlı sizə mesajı var☘

...

Modelyer Turan Kərimbəyli ilə müsahibə

ÖZ TƏRZİNİZİ BİR NEÇƏ SÖZLƏ NECƏ İFADƏ EDƏRDİNİZ? Təbiətcə sürrealistəm. Ona görə də müəllifi olduğum kolleksiyada sürrealizm geniş yer alır. Müştərilərimə gəldikdə isə “Turanfashion – Made in Azerbaijan” etiketi olan geyim hər şeydən əvvəl peşəkar kəsim və tikişə malikdir. QARDEROBUNUZUN “OLMAZSA OLMAZI” NƏDİR? Şəxsi qarderobumda daha çox aksessuarlara – yaxa və saç sancağı, üzük və bantlara üstünlük verirəm. Müxtəlif cür aksessuarlardan istifadə etməklə asan-lıqla bir geyimin xarakterini dəyişmək mümkündür. MÜƏLLİFİ OLDUĞUNUZ BƏZİ GEYİMLƏRDƏ RƏSM ƏSƏRLƏRİNDƏN ELEMENTLƏR DƏ ÖZ ƏKSİNİ TAPIB. MƏSƏLƏN, MƏŞHUR İTALYAN RƏSSAM MODİLYANİNİN “DEDİE HAYDENİN PORTRETİ”. İLHAM ALDIĞINIZ RƏSSAMLAR KİMLƏRDİR? Özüm də rəssamam. İncəsənətə aid hər şeyin vurğunuyam. Bəzi rəssamlar var, mənə xüsusilə ilham verir, məndə daima yeni ideyalar yaradır. Modilyani, Frida, Pikasso… Bu siyahı sonsuzdur. Elə dizaynerlər də var, onları təkrarlamağa belə cəsarətim olur, məsələn, Skiaparelli. Mənə görə, o, bir məktəb, tükənməz zövq, zəriflik və dəbdəbə axınıdır. MODA SAHƏSİNDƏ KARYERA QURMAĞA NƏ VAXT VƏ NECƏ QƏRAR VERDİNİZ?...

totop